Alternative content

04:29 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Enerjinin İpək yolu” tam istifadəyə verildi
“Enerjinin İpək yolu” tam istifadəyə verildi
ANA SƏHİFƏ / SİYASƏT
01:07 03.12.2019


Prezident İlham ƏLİYEV: "Bu layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsuludur”


Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Avropa sərhədinə çatdı. Bu, tarixi bir hadisədir. Çünki TANAP "Cənub qaz dəhlizi”nin önəmli və ən böyük seqmentidir. Bu, Azərbaycan və Türkiyə xalqlarına, eləcə də digər qonşu xalqlara fayda və tərəqqi gətirəcək mühüm bir layihədir.

Bunlar noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimində də vurğulandı. Xatırlandı ki, "Cənub qaz dəhlizi”nin onurğa sütunu adlandırılan TANAP-ın təməli 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda qoyulmuşdur. Həmin mərasimdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın dövlət başçıları iştirak etmişlər. Ancaq TANAP-ın gerçəkləşməsinə doğru gələn yol bu hadisədən xeyli əvvəl başlanmışdı. Belə ki, hələ 2012-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt Baş Naziri, indi isə Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda TANAP üzrə hökumətlərarası saziş imzalamışlar. Həmin vaxtdan da layihənin həyata keçirilməsi istiqamətində genişmiqyaslı işlərə start verilmişdir. Bu işlər uğurla davam etdirilmiş və keçən il iyun ayının 12-də TANAP istismara daxil olmuşdur.

TANAP möhkəm bünövrə üzərində inkişaf edən bir layihədir. Çünki bundan əvvəl müəllifi Ümummilli Lider Heydər Əliyev olan, üçüncü minilliyin nəhəng mühəndis qurğusu sayılan Bakı-Tbilisi-Ceyhan kəməri üç ölkənin ərazisindən keçərək Azərbaycan neftini Xəzərin sahilindəki Səngəçal terminalından Türkiyəyə - Aralıq dənizinin sahilinə çatdırmışdır. Daha sonra Bakı-Tbilisi-Ərzurum kəməri istifadəyə verilmiş və bu kəmərlə daşınan "Şahdəniz” qazı Azərbaycanı dünyada həm də mavi yanacaq ixracatçısı kimi şöhrətləndirmişdir. Bütün bunlar nəinki TANAP-ın, ümumilikdə "Cənub qaz dəhlizi” kimi qlobal bir layihənin gerçəkləşməsi üçün etibarlı zəmin, möhkəm təməl yaratmışdır.

Xatırladaq ki, TANAP Türkiyənin ərazisində 20-dən çox vilayətdən, o cümlədən Ərdəhan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincandan keçərək 1900 kilometrə yaxın məsafə qət edir. Kəmər öz marşrutu boyu Türkiyənin 67 rayonunu və 600 kəndini arxada qoyur. Xəttin quru hissəsinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Xəttin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılır.

TANAP Türkiyənin şərq hüdudlarında "Şahdəniz” qazını Azərbaycanın və Gürcüstanın ərazisi ilə daşıyan Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) bağlanır.

Boru xəttinin digər ucu isə Yunanıstan-Türkiyə sərhədinə çatır və burada yerləşən Kipoi məntəqəsində TAP-la (Trans-Adriatik Qaz Boru Kəməri) qovuşur. Buna görə də TANAP-ı "Cənub qaz dəhlizi”nin möhkəm qolu, birləşdirici halqası da adlandırırlar.

Beləliklə, TANAP təkcə iki ölkə üçün, region üçün deyil, həm də bütün Avrasiya məkanı üçün önəm daşıyır. Noyabrın 30-da TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev demişdir: "Bu layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsuludur, eyni zamanda biz bunu digər ölkələrin iştirakı və özəl şirkətlərin maliyyə dəstəyi ilə reallaşdırdıq. Bu gün "Cənub qaz dəhlizi” özündə 7 ölkəni birləşdirir və bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir. Bu layihə ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq. Bu layihədə iştirak edən yeddi ölkə, - onlardan üçü Avropa İttifaqının üzvüdür, - bundan sonra uzun illər birlikdə çalışacaq və bunun faydasını görəcəklər”.

Məlum olduğu kimi, TANAP-la ildə 16 milyard kubmetr Azərbaycan qazı nəql olunacaq. Bunun 6 milyard kubmetri Türkiyəyə çatdırılacaq, 10 milyard kubmetri isə TAP-a ötürülərək Avropa ölkələrinin istifadəsinə veriləcək.

Bu il noyabrın 18-dək TANAP kəməri vasitəsilə Türkiyəyə 3,23 milyard kubmetr qaz ixrac edilib. Qarşıdakı illərdə kəmərin nəqletmə qabiliyyətinin əvvəlcə 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Prezident İlham Əliyev sözügedən tədbirdə TANAP-ın "Cənub qaz dəhlizi”nin mühüm bir hissəsi, eyni zamanda enerji təhlükəsizliyi layihəsi olduğunu bir daha vurğulamışdır: "Cənub qaz dəhlizi” nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir. Onlardan üçü - "Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri istifadəyə verilib, bu gün isə TANAP tam istifadəyə verilir. Dördüncü layihə olan TAP-ın icrası artıq 90 faizi keçib. Əminəm ki, TAP da vaxtında istismara veriləcək. Beləliklə, Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan "Cənub qaz dəhlizi” vaxtında istismara veriləcəkdir”.

TANAP Azərbaycan və Türkiyə arasındakı köklü dostluğun parlaq bir rəmzidir. Təsadüfi deyil ki, layihə öz uğurlu yekununa Türkiyə və Azərbaycanın qarşılıqlı inama söykənən əlaqələri sayəsində çatmışdır. Layihənin qazandığı nailiyyətdə istehsalçı, istehlakçı və tranzit ölkələrlə iştirakçı şirkətlər arasındakı qarşılıqlı anlaşma da böyük rol oynayıb. Bir sözlə, istər "Cənub qaz dəhlizi”, istərsə də onun ayrı-ayrı seqmentləri, o cümlədən TANAP möhkəm beynəlxalq əməkdaşlıq platforması üzərində inkişaf edən layihələrdir.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan sözügedən tədbirdəki çıxışında bu platforma haqqında danışmış, həmçinin "Cənub qaz dəhlizi”nin perspektivlərinə də toxunaraq demişdir: "TANAP Azərbaycan, Gürcüstan, Türkiyə marşrutundan Avropaya - TAP xəttinə birləşir və təbii ki, oradan davam edərək Bolqarıstan, Yunanıstan, Makedoniya, Albaniya, Serbiya, Bosniya və Herseqovina marşrutu üzərindəki ölkələr də ondan faydalanır. Təbii ki, bütün bu addımları atarkən bunun bir regional layihə, bir sülh layihəsi olduğunu da xüsusilə vurğulamaq lazımdır. Gürcüstan ərazisindən Anadoluya giriş reallaşarkən Gürcüstanın buradakı səylərini əsla inkar etmək olmaz. Bu, bir həmrəylikdir və bu həmrəyliyin adı da sülhdür”.

Azərbaycan qazını Gürcüstan-Türkiyə sərhədində CQBK-dan qəbul edən, onu Türkiyənin ərazisindən keçirərək Avropaya - Yunanıstan sərhədinədək çatdıran TANAP nəzərdə tutulan təqvimdə, bütün öhdəliklərə və hədəflərə uyğun olaraq tamamlandı. Buna görə də indi o, artıq "Enerjinin İpək yolu” adını da qazandı.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM