Alternative content

12:28 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:22 10.12.2019 Əbədiyaşar ömür
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ana və uşaq sağlamlığı yönündə vacib layihə
Ana və uşaq sağlamlığı yönündə vacib layihə
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:38 03.12.2019


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə "Ana və Uşaq Sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinin nəticələrinin təqdimat mərasimi keçirilib.

İTSDA-dan verilən məlumata görə, tədbirdə UNİCEF-in və adıçəkilən agentliyin nümayəndələri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) məsul əməkdaşları, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının, aidiyyəti dövlət, qeyri-dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbiri açan UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin demişdir ki, informasiya-kommunikasiya texnologiyalarının gündən-günə inkişaf etdiyi bir dünyada yeniliklərə doğru irəliləmək çox vacibdir: "Yeni yanaşmalardan istifadə edərək xidmətlərə çıxışı artırmaq, zəruri məlumatları çatdırmaq öndə duran məsələlərdən biridir. Bu səbəbdən sağlamlıq haqqında vacib məlumatları hamilə qadınlara çatdırmaq üçün bir araya gələn İTSDA, NRYTN və mobil operatorların tərəfdaşlığına çox şadıq”.

İTSA idarə heyətinin sədri Zaur Əliyev isə ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması sahəsində aparılan islahatlardan söz açaraq uşaq sağlamlığının qorunmasının agentliyin diqqətində olan mühüm məsələlərdən biri olduğunu vurğulamışdır. O, həmçinin SMS maarifləndirmə üzrə pilot layihənin qadınların bilik, vərdiş və davranışlarında müsbət dəyişikliklərə, tibb işçiləri ilə qarşılıqlı əlaqələrin möhkəmlənməsinə səbəb olduğunu bildirmişdir.

Sonra SMS ismarıc paketini almış hamilə qadınların, icraçıların layihə ilə bağlı təəssüratlarından bəhs edən videofilm nümayiş etdirilmiş, layihənin ilkin mərhələsinin nəticələri təqdim olunmuşdur.

İştirakçılara bildirilmişdir ki, SMS ismarıcın maarifləndirmə vasitəsi kimi təsir gücünün sınanması da layihənin hədəflərindən biridir. Bu məqsədlə ismarıc paketini almış hamilə qadınların bilik və vərdişlərində yaranmış dəyişiklikləri müəyyən etmək üçün oktyabr-noyabr aylarında 273 abunəçi arasında telefon sorğusu keçirilmişdir. Sorğular nəticəsində məlum olmuşdur ki, 62 faiz sorğuçu ona göndərilən SMS-lərdən ən azı birini xatırlayır.

Tədbirin sonunda gələn ildən icbari tibbi sığortanın tətbiq olunacağı regionlarda da gələn ilin aprel ayınadək davam edəcək layihənin həyata keçirilməsi və bununla bağlı aparıcı mobil operatorlar ilə əməkdaşlıq əlaqələrinin davam etdirilməsi müzakirə olunmuşdur.

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM