Alternative content

03:23 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib
Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib
ANA SƏHİFƏ / SİYASƏT
23:17 02.12.2019

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – Müstəqilliyin 48-ci ildönümü münasibətilə dekabrın 2-də bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysi çıxış edərək BƏƏ-nin inkişaf tarixi barədə məlumat verib. Bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər, ölkə başçılarının qarşılıqlı səfərləri, getdikcə genişlənən ticari-iqtisadi və mədəni əlaqələr, BƏƏ-dən təşrif buyuran turistlərin sayının artması müxtəlif sahələrdə əlaqələrimizin nə dərəcədə möhkəm olmasına dəlalət edir. Səfir ölkələrimiz arasında mövcud olan əlaqələrin genişləndirilməsinə öz töhfəsini verən BƏƏ-Azərbaycan Ticarət Məclisinin uğurla fəaliyyət göstərdiyini deyib.

Azərbaycan Prezidenti və Hökuməti adından Birləşmiş Ərəb Əmirlikləri xalqını milli bayram münasibətilə təbrik edən İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Nazir bildirib ki, Azərbaycan BƏƏ ilə münasibətlərə xüsusi önəm verir. Qarşılıqlı hörmətə, möhkəm dostluğa və qardaşlığa, bunu daha da zənginləşdirən İslam irsinə əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətt üzrə inkişaf edir. Bunu şərtləndirən əsas amil kimi ölkə rəhbərlərinin siyasi iradəsi və yaxın dostluq münasibətlərini xüsusi vurğulamaq lazımdır.

Nazir BƏƏ-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizin haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib. Bildirib ki, ölkələrimiz arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq imkanları genişdir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi siyasətə uyğun olaraq birgə səylərimiz əsasında Azərbaycan-BƏƏ əməkdaşlığı bundan sonra daha da inkişaf edəcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM