Alternative content

03:54 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə mətbuatı Prezident İlham Əliyevin TANAP-ın Avropa xəttinə birləşməsi mərasimindəki nitqinə geniş yer ayırıb
Türkiyə mətbuatı Prezident İlham Əliyevin TANAP-ın Avropa xəttinə birləşməsi mərasimindəki nitqinə geniş yer ayırıb
ANA SƏHİFƏ / SİYASƏT
23:11 02.12.2019

Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsinin Sarıcalli kəndi ərazisində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Prezident İlham Əliyevin mərasimdə nitqindəki əsas fikir və çağırışlar, həmçinin dövlətimizin başçısının mehriban və səmimi qarşılanması Türkiyə KİV-lərinin manşet materialı olub.

AZƏRTAC xəbər verir ki, Anadolu, İHA və digər xəbər agentlikləri, "Akşam”, "Sabah” və "Yeni Şafak”, "Hürriyet” qəzetləri, TRT HABER, CNN Türk, TRT Avaz, aHBR və başqa televiziya kanalları mövzu ilə bağlı çeşidli məlumatlar yayıblar. Açılış mərasiminə qədər də Türkiyə KİV-ləri "Enerjinin İpək Yolu” başlığı ilə Azərbaycan qazının Avropaya nəqlini gerçəkləşdirən layihə, onun ideya kimi ortaya çıxması, bununla bağlı qəbul olunan tarixi qərarlar və onların icra vəziyyətinə dair geniş informasiyalar yayıblar. Canlı yayımda nümayiş olunan açılış mərasimində Prezident İlham Əliyevin nitqi tam şəkildə efirə verilib. Həmçinin nitqdəki əsas fikirlər alt yazılarla ekranlarda əksini tapıb.

Dövlətimizin başçısının mərasimdəki nitqini oxuculara "Azərbaycan Prezidenti: Türkiyə bu gün beynəlxalq güc mərkəzi olub” sərlövhəsi ilə təqdim edən Anadolu agentliyi və "Yeni Şafak” qəzeti nitqdən bir neçə sitat veriblər. Digər KİV-lər də Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Respublikasının əldə etdiyi tarixi uğurlar, həmçinin Azərbaycan-Türkiyə qardaşlığı sayəsində göstərilən siyasi iradənin nəticələrinə dair fikirlərini sərlövhəyə çıxarıblar.

Türkiyə mediası Azərbaycan Prezidentinin dövlətimizin enerji siyasətinin istiqamətləri, nəticələr və proqnozlar barədə fikir və düşüncələri əsasında rəylər yaymaqda davam edir. Energetika üzrə ekspertlərin Prezident İlham Əliyevin toxunduğu məsələlər və statistik rəqəmlər üzərində mühakimələrinə də rast gələ bilirik.

TANAP-ın Avropa xəttinə qovuşması mərasimini əks etdirən yazılar açılış mərasimindəki nitqlərdən vedeomateriallar, o cümlədən çoxsaylı fotolarla birlikdə yayılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM