02 Dekabr 2019 19:33
472
SİYASƏT
A- A+

Mətin Yıldırım: Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı fikirləri beynəlxalq hüquqa ziddir


Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı fikirləri və hərəkətləri beynəlxalq hüquqa ziddir. Bu şəxs bir müddət əvvəl BMT tribunasından da məntiqəzidd ifadələr səsləndirməklə növbəti dəfə dünya birliyi qarşısında yalan və məsuliyyətsiz sözlər danışıb.

Bu fikirləri N.Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gedərək orada qanunsuz rejimin "nümayəndələri” ilə görüşməsini AZƏRTAC-a açıqlamasında şərh edən sosial elmlər üzrə ekspert, türkiyəli yazıçı Mətin Yıldırım ifadə edib.

Ekspert deyib: "BMT-nin işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxarılması barədə dörd qətnaməsi mövcuddur. Belə olan halda, beynəlxalq tribunadan dünya ictimaiyyətinə yalan məlumatlar vermək hansı məntiqə sığır?”

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının eyni hüquqa malik olduqlarını diqqətə çatdıran M.Yıldırım bildirib ki, N.Paşinyanın öz müqəddəratını həll etmək barədə fikir və düşüncələri, yürütdüyü mühakimələr yersiz və əsasızdır. "Necə ola bilər ki, ermənilərin bu torpaqlarda haqqı var, amma bölgənin ən qədim əhalisi olan Azərbaycan türklərinin haqqı yoxdur. Reallıq budur ki, yaxın tarixdə Dağlıq Qarabağın sakini olan ermənilər dəyişən siyasi şəraitlərdən istifadə edərək bölgənin əsl sahiblərinə - Azərbaycan türklərinə qarşı çoxistiqamətli ağır cinayətlər törədiblər”, - deyə Mətin Yıldırım bildirib.

O, həmçinin erməni siyasətçilərinin Azərbaycan və Türkiyə haqqında söylədikləri fikirlərə, qardaş ölkəyə qarşı əsassız iddialara etirazını bildirərək vurğulayıb ki, işğalçı dövlətin təcavüzkar hərəkətləri və niyyətləri ilə heç bir halda barışmaq mümkün deyil.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video