Alternative content

03:23 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın Daxili İşlər naziri Türkiyə Baş Polis İdarəsi rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Azərbaycanın Daxili İşlər naziri Türkiyə Baş Polis İdarəsi rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:32 02.12.2019

Dekabrın 2-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyə Baş Polis İdarəsinin rəisi Mehmet Aktaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan nazir Mehmet Aktaşı Türkiyə Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona xidməti fəaliyyətində uğurlar arzulayıb.

İki qardaş ölkə arasındakı münasibətlərin dərin tarixi köklərə malik olduğunu məmnunluqla xatırladan general-polkovnik Vilayət Eyvazov müstəqilliyin bərpasından sonra Azərbaycan-Türkiyə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin bu sahədəki misilsiz xidmətlərini, onun "Bir millət, iki dövlət” siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Nazir dövlətlərimizin başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin dünyaya bir nümunə olduğunu, Mehmet Aktaşın bu səfərinin də ölkələrimizin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişlənəcəyinə xidmət edəcəyinə əminliyini bildirib.

Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, təhlükəsizliyin də möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi önəm verildiyini, bu gün Azərbaycan Polisinin, Daxili Qoşunların peşəkar səviyyədə fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə müsbət nəticələr qazanıldığını nəzərə çatdıran nazir V.Eyvazov bu sahədə Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Baş Polis İdarəsinin və Jandarm Komandanlığının rolunu, xidmətlərini məmnunluqla xatırladıb. Nazir buna görə Mehmet Aktaşın şəxsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkür edib.

Daha sonra o, Daxili İşlər Nazirliyinin funksional vəzifələri və fəaliyyət istiqamətləri, mövcud kriminogen durum, həmçinin ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan dönməz ictimai-siyasi sabitliyin, əmin-amanlığın etibarlı şəkildə qorunması barədə məlumat verib.

Problemlərə toxunan Vilayət Eyvazov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi və qeyri-qanuni miqrasiya ilə mübarizənin ölkəmizdə də diqqət mərkəzində saxlanıldığını, qlobal xarakter almış terrorçuluğun bütün forma və təzahürlərinin tərəfimizdən də kəskin şəkildə qınandığını, belə təhlükələrə qarşı yalnız birgə səylərlə səmərəli mübarizənin aparılmasının mümkünlüyünü vurğulayıb.

Səmimi görüşə, xoş sözlərə və ətraflı məlumata görə təşəkkür edən Türkiyə Baş Polis İdarəsinin rəisi Mehmet Aktaş ölkəsinin Daxili İşlər naziri Süleyman Soylunun salamlarını general-polkovnik Vilayət Eyvazova çatdırıb. O, qardaş Azərbaycanın qısa müddətdə qürur duyulacaq səviyyədə möhtəşəm inkişaf yolu keçməsindən, əlaqələrimizin günbəgün genişlənməsindən məmnunluğunu ifadə edib. Qonaq deyib ki, dost və qardaş dövlətlərimiz dünyada və bölgədə sülhün və ədalətin bərqərar edilməsinə, əmin-amanlığa və ictimai təhlükəsizliyə ciddi təhdid olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış edir.

M.Aktaş iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini bildirib.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

Qəbulda Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iştirak edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM