Alternative content

03:24 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AHİK-də Qarabağ müharibəsi veteranları və əlillərlə görüş olub
AHİK-də Qarabağ müharibəsi veteranları və əlillərlə görüş olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:55 02.12.2019

Dekabrın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Beynəlxalq Əlillər Günü ərəfəsində Qarabağ müharibəsi veteranları və əlillər ilə görüşüb.

Konfederasiyadan AZƏRTAC-a bildiriblər ki, AHİK sədri görüşdə iştirak edən müharibə iştirakçılarını, onların ailələrini bu əlamətdar gün münasibətilə təbrik edib. S.Möhbalıyev bildirib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən müharibə veteranları və şəhid ailələrinə yüksək ehtiram və qayğı göstərilir, onların həyat şəraitinin, sosial təminatlarının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Ordumuzun döyüş hazırlığı və təminatı yüksək səviyyədədir. Ən müasir silahlarımız və texnikalarımız var. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində son illərdə Azərbaycan Ordusu istər döyüş qabiliyyətinə, istər maddi-texniki bazasına, istərsə də müasir silah-sursat arsenalına görə dünyada lider yerlərdən birini tutur.

AHİK sədri Qarabağ müharibəsi veteranlarının və əlillərin hər zaman AHİK-in diqqət mərkəzində olduğunu deyib. Onlarla mütəmadi olaraq görüşlərin keçirildiyini, problemlərinin həllinə xüsusi həssaslıqla yanaşıldığını, istirahət və müalicələrinin təşkili istiqamətində atılan addımları da diqqətə çatdırıb.

Görüşdə iştirak edənlər ölkəmizdə geniş vüsət alan sosial müdafiə tədbirləri, həssas qrupların rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımları yüksək qiymətləndiriblər. Diqqət və qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Sonda görüş iştirakçılarının hər birinə maddi yardımlar edilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM