02 Dekabr 2019 16:18
391
SİYASƏT
A- A+

XİN: Paşinyanın Dağlıq Qarabağa səfəri işğal olunmuş ərazilərimizdə nəzarəti Ermənistanın həyata keçirdiyinin növbəti göstəricisidir

Ermənistanın baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gedərək orada qanunsuz rejimin qondarma nümayəndələri ilə görüşməsi, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində işğalçı Ermənistan qüvvələrinə baş çəkməsi torpaqlarımızın hərbi işğalına məhz Ermənistanın məsuliyyət daşıdığının və işğal olunmuş ərazilərimizdə nəzarəti Ermənistanın həyata keçirdiyinin növbəti bariz göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi və orada qondarma rejimin nümayəndələri ilə görüşlər keçirməsini şərh edərkən bildirib.

Leyla Abdullayeva deyib: "Bir müddət əvvəl Ermənistanın guya ki, Dağlıq Qarabağ yerinə qərar qəbul edə bilməyəcəyini iddia edən baş nazir Paşinyan atdığı bu addımları ilə münaqişənin həlli üzrə aparılan danışıqların birbaşa iştirakçısının elə Ermənistan olduğunu təsdiqləmiş oldu. Demək ki, oğlu Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçən, işğal altındakı ərazilərimizdəki Ermənistan silahlı qüvvələrinə baş çəkib mövcud vəziyyətlə tanış olan, qondarma rejimin nümayəndələri ilə görüşlər keçirib planlar quran N.Paşinyan bəhanələri bir kənara qoyaraq, danışıqlar masasında birbaşa iştirakçı kimi qərar qəbulunda iştirak etməlidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video