Alternative content

12:57 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:22 10.12.2019 Əbədiyaşar ömür
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması davam edir
Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması davam edir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:20 01.12.2019


Dövlətin həyata keçirdiyi sosial siyasətdə qaçqın və məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması mühüm yer tutur. Həmin siyasətin əsas məqsədi bu kateqoriyadan olan insanların rifah halını yaxşılaşdırmaq üçün mütəmadi tədbirlər görməkdir. Ölkəmiz neftdən əldə etdiyi gəlirdən ilk növbədə qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üçün istifadə etdi.

Ümummilli Lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün gördüyü işlər məlumdur. Prezident İlham Əliyev də dövlət başçısı seçildikdən sonra bu kateqoriyadan olan insanların mənzil və məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi önəm verdi.

Prezident seçkisi ərəfəsində qaçqın və məcburi köçkünlərlə görüşən cənab İlham Əliyev vəd etdi ki, əgər dövlət başçısı seçilərsə, onun ilk işi ağır şəraitdə, qaçqın düşərgələrində yaşayan məcburi köçkünlərin həyat tərzini yaxşılaşdırmaq olacaq. Bu məqsədlə bütün çadır şəhərciklərini ləğv etdirib onlar üçün hər cür şəraiti olan müasir qəsəbələr saldıracaq. Dövlət başçısı verdiyi sözə sadiq qaldı.

Qeyd edək ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses sayəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Vurğulayaq ki, son 15 ildə Prezident İlham Əliyevin qayğısı sayəsində 54 min 203 ailə, yaxud 272 min nəfərin mənzil-məişət problemi yüksək səviyyədə həll olunub. Bu qayğı sayəsində təkcə ötən ildə 5903 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb.

Ötən il mayın 24-də Prezident İlham Əliyevin iştirakı ilə Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış 1026 ailəlik müasir tipli "Qobu Park” yaşayış kompleksinin açılış mərasimi də belə qayğının sayəsində mümkün olmuşdur. Hər cür infrastrukturla təchiz edilmiş həmin yaşayış kompleksinə Bakı şəhəri ərazisində zirzəmilərdə və digər tikililərdə yaşayan məcburi köçkün ailələri köçürülmüşdür. Burada təməli qoyulan 1300 mənzilli "Qobu Park-2” yaşayış kompleksinin də inşası davam etdirilərək daha çox ailənin məskunlaşması təmin olunacaq.

Keçən il dekabrın 24-də Prezident İlham Əliyev Abşeron rayonu ərazisində məcburi köçkünlər üçün inşa olunmuş 1001 mənzilli, zəruri infrastrukturla təmin edilmiş çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin açılışında da iştirak etmişdir. Həmin il dekabrın 27-də Sumqayıt şəhərində 1005 mənzildən və lazımi infrastrukturdan ibarət məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin açılışı da dövlət başçısının iştirakı ilə keçirilmişdir. Beləliklə, təkcə keçən il Prezidentin qayğısı sayəsində 5923 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib.

Cari ildə də qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün müvafiq tədbirlər görülür. Bu ilin aprel ayında Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi istifadəyə verilib. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sistemlərinin, eləcə də rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi önəm verilib. Məqsəd bu kateqoriyadan olan insanlar üçün hər cür şəraitin yaradılmasıdır.

Bu istiqamətdə atılan mühüm addımlardan danışarkən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirləri də xatırlatmalıyıq. Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi inşa edilib. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərin istifadəsinə verilib. Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasında məskunlaşan məcburi köçkün ailələri köçürülüb.

Məcburi köçkünlər üçün salınmış yeni yaşayış komplekslərində 156 məktəb, 6 musiqi və 1 incəsənət məktəbi, 1 mədəniyyət sarayı, 62 mədəniyyət və 63 səhiyyə müəssisəsi, 65 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi tikilmişdir. 775 kilometr asfalt yol salınmış, 985 kilometr su, 1,8 min kilometr elektrik, 655 kilometr qaz, 78 kilometr rabitə, 62 kilometr istilik, 102 kilometr kanalizasiya xətləri çəkilmiş, 193 kilometr drenaj şəbəkəsi inşa edilmişdir. Eyni zamanda, 866 müxtəlif gücə malik elektrik transformatorları quraşdırılmış, 217 artezian quyusu qazılaraq istifadəyə verilmişdir.

Ümumiyyətlə, ötən ilin sonunadək 58223 ailənin və ya 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmışdır. Başqa sözlə, indiyədək bu kateqoriyadan olan insanların sosial probleminin həlli üçün 7,1 milyard manat vəsait xərclənmişdir. Dövlət başçısının 2003-2018-ci illərdə yeni salınmış qəsəbələrdə məcburi köçkünlərlə 36 dəfədən çox görüşməsi qaçqın və məcburi köçkünlərə olan böyük diqqətin nəticəsidir.

Dövlət başçısı tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən qayğı davam edəcək. Prezident İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunan təntənəli mərasimdə demişdir: "Məcburi köçkünlər üçün yeni şəhərciklər, evlər tikilir. Bu il 1800 ailə artıq yerləşibdir. Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçürüləcək. Köçkünlər üçün Sumqayıtda evlərin tikintisi bundan sonra da təmin ediləcək ki, yəni evsiz-eşiksiz, pis vəziyyətdə yataqxanalarda, bağçalarda və s. yerlərdə yaşayan köçkünlər yaxşı yeni evlərə köçürülsünlər. Biz bunu edəcəyik”.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM