Alternative content

04:36 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli Konqresi keçirilir
Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli Konqresi keçirilir
ANA SƏHİFƏ / Səhiyyə
00:19 01.12.2019


Bakı Konqres Mərkəzində Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) növbəti illik VIII Milli Konqresi keçirilir.

AZƏRTAC xəbər verir ki, konqresdə 800-ə yaxın yerli mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Mərkəzi Asiya, Balkan ölkələrindən 30-a yaxın ekspert, spiker və qonaq iştirak edir.

Konfransı giriş sözü ilə açan Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, professor Tofiq Cahangirov bildirib ki, AKC 2009-cu il martın 19-da yaranıb və bundan cəmi 2 il sonra, 2011-ci il avqustun 30-da onun idarə heyəti üzvlərinin məqsədyönlü fəaliyyəti, gərgin əməyi və səyi nəticəsində böyük uğurla Avropa Kardiologiya ailəsinin sayca 54-cü həqiqi üzvü seçilib. Diqqətə çatdırılıb ki, birliyin əsas məqsədi ölkədə ürək-damar xəstəliklərinin (ÜDX) profilaktikası, diaqnostikası və müalicəsinin dünya səviyyəsinə çatdırılmasına kömək etmək, kardioloqların bu sahədə biliklərini artırmaq və dünya kardiologiya elminin nailiyyətlərini Azərbaycanda təbliğ etmək, respublikada ürək-damar xəstəliklərinin yayılması səbəbini öyrənmək, kardioloqların peşəkarlıq səviyyəsini artırmaq, Azərbaycan kardioloqları ilə Avropa və digər ölkələrin kardioloqları arasında əməkdaşlığın inkişafına kömək etməkdir: "Hamımıza yaxşı məlumdur ki, qarşıya qoyulmuş mühüm vəzifələrin bir tərəfdən yüksək effektivliklə həyata keçirilməsi, digər tərəfdən isə tibb elminin son inkişaf nailiyyətlərinin təhlilinə və aparılan müzakirələrin geniş auditoriyaya çatdırılmasına daim böyük ehtiyac duyulur. Hal-hazırda yaşadığımız XXI əsrdə bütün dünyada böyük problemə çevrilən ÜDX-dən milyonlarla insan əziyyət çəkir. VIII Milli Konqresin elmi proqramı aktual mövzuları, o cümlədən ÜDX-nin epidemiologiyası, proqnozu, ÜDX kəskinləşmələri, ürək çatışmazlığı, ritm və keçiricilik pozulmaları, hipertenziya, komorbid hallar və sair problemlərin həllinə dair yenilikləri, eləcə də invaziv kardiologiyanın nailiyyətlərini özündə cəmləşdirir. İlk gün gənc kardioloqlar üçün ürəyin anatomiya kursu, təkmilelektrokardioqrafiya (EKQ) kursu, qapaq xəstəlikləri kursu təşkil edilib. Keçən illərdən fərqli olaraq bu il Azərbaycan Kardiologiya Cəmiyyəti Avropa Kardiologiya Cəmiyyətinin Ürək Çatışmazlığı Assosiasiyası (ESC/HFA), Rusiya Kardiologiya Cəmiyyəti, Türkiyə Kardioloji Dərnəyi ilə birlikdə ortaq sessiyalar keçirəcək. Yeniliklərdən biri də orta tibb personalının sessiyasının təşkilidir. Konfrans üçün göndərilən tezislər müvafiq komitə tərəfindən təsdiqləndikdən sonra tezis materialları kimi dərc olunacaq”.

Konqres öz işini plenar sessiyalarla davam etdirib, Azərbaycan və xarici ölkə mütəxəssislərinin məruzələri dinlənilib.

Qeyd edək ki, Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli Konqresi Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditə olunub və Davamlı Tibb Təhsili (DTT) balla qiymətləndirilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM