30 Noyabr 2019 18:52
592
CƏMİYYƏT
A- A+

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik təsərrüfatlara baxış keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik təsərrüfatlara baxış keçiriblər.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazir proqram iştirakçıları ilə görüşündə özünüməşğulluq proqramının əsas məqsədinin işsiz və işaxtaran vətəndaşların kiçik ailə biznesinə yiyələnmələri olduğunu vurğulayıb. S.Babayev proqram əsasında aktivlərlə təmin edilmiş vətəndaşların bu dövlət dəstəyindən düzgün və səmərəli istifadə edərək, uğurlu nəticələrə nail olacaqlarına əminliyini ifadə edib.

Proqram iştirakçıları aztəminatlı ailələrə göstərilən bu böyük dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını bildirib, öz təsərrüfatlarını inkişaf etdirməyə çalışdıqlarını vurğulayıblar.

Kürdəmir rayonunda bu ilin ötən dövründə 140 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub. Hazırda həmin kateqoriyadan olan vətəndaşların proqrama cəlb edilməsi, həmçinin proqrama cəlb edilənlərin aktivlərlə təminatı prosesi davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video