Alternative content

11:28 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:22 10.12.2019 Əbədiyaşar ömür
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın milli mədəniyyəti və mətbəxi Tbilisidə xeyriyyə yarmarkasında nümayiş etdirilib
Azərbaycanın milli mədəniyyəti və mətbəxi Tbilisidə xeyriyyə yarmarkasında nümayiş etdirilib
ANA SƏHİFƏ / Mədəniyyət
15:28 30.11.2019

Gürcüstanın paytaxtı Tbilisidə ənənəvi XX qış xeyriyyə yarmarkası keçirilir.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın Beynəlxalq Qadınlar Assosiasiyasının təşkil etdiyi sərgi-satış yarmarkasında Azərbaycanın bu ölkədəki səfirliyi də iştirak edib. Səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə yaradılan guşədə milli suvenirlər, Azərbaycanlı İş Adamları Birliyində (AZEBİ) təmsil olunan şirkətlərin "Made in Azerbaijan” brendli çay, qida və qənnadı məmulatları təqdim olunub.

Azərbaycan guşəsini Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsalia, Belarus səfiri, Bolqarıstan səfirliyinin hərbi attaşesi, Türkiyə, Çin, ABŞ, Fransa, Slovakiya, Braziliya və digər ölkələrin səfirliklərinin əməkdaşları da ziyarət ediblər. Onların bir çoxu kəlağayı, araqçın papaq və digər suvenirlər alıblar.

Bolqarıstan səfirliyi hərbi attaşe aparatı rəhbərinin xanımı yarmarkaya gələnlərə Azərbaycan araqçın papağını nümayiş etdirib və onları milli suvenirlərimizi almağa həvəsləndirib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov guşəni ziyarət edənlərə milli sərvətlərimiz, mədəniyyət, incəsənət və mətbəx nümunələrimiz barədə ətraflı məlumat verib. Səfir Azərbaycan guşəsində alış-veriş edən nazir müavini Laşa Darsaliyaya hədiyyə təqdim edib. Nazir müavini göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edərək bildirib ki, Azərbaycan Gürcüstanın yaxın dostu və strateji tərəfdaşıdır. "Azərbaycan səfirliyinin yarmarkada belə zəngin guşə təşkil etməsi təqdirəlayiqdir. Bu həm də bizim dostluğumuzun bariz nümunəsidir”, - deyə, L.Darsaliya vurğulayıb.

Belarusun Gürcüstandakı səfiri Mixail Myalıkov da Azərbaycan guşəsindən razılıqla danışıb. O burada nümayiş etdirilən, satılan malların yüksək keyfiyyətini xüsusi qeyd edib. Yarmarkada Azərbaycan və Belarus səfirliklərinin açdıqları guşələrin yanaşı olduğunu bildirən səfir deyib: "Biz həm dünyada, həm də Gürcüstanda dostluğumuzu birgə nümayiş etdiririk”.

Yarmarka çərçivəsində xarici ölkələrin milli mətbəxləri pavilyonunda qurulmuş çadırda isə qonaqlara samovar çayı, Azərbaycanın milli mətbəx nümunələri – plov, dolma, kabab, qutab, paxlava, şəkərbura, badambura, şorqoğalı və digər şirniyyat nümunələri təqdim edilib. Belarusun, Slovakiyanın, Braziliyanın Gürcüstandakı səfirləri və digər ölkələrin diplomatları Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar.

Azərbaycanın rəngarəng, geniş və zəngin guşəsi yarmarkaya gələn ziyarətçilərin böyük marağına səbəb olub.

Qeyd edək ki, yarmarkada 30-a yaxın səfirlik və beynəlxalq təşkilatların nümayəndəlikləri iştirak ediblər. Hər bir iştirakçı ölkə və təşkilat ayrıca guşə ilə təmsil olunub.

Xeyriyyə yarmarkasında satışdan əldə edilən vəsait ehtiyacı olan uşaq, qadın və yaşlılar üçün həyata keçiriləcək layihələrə sərf olunacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM