Alternative content

20:21 28 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər” kitabı çapdan çıxıb
“Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər” kitabı çapdan çıxıb
ANA SƏHİFƏ / Elm və texnika
11:46 30.11.2019

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin "Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər” kitabı nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, təqdim edilən araşdırma ermənilərin milli kimlik davasından başlayaraq, mövcud Ermənistan Respublikasının terror siyasətinə qədər olan dövrü əhatə edir. Nəşrdə erməni kilsəsinin yaranması və fəaliyyəti, alban kilsələrinə və kimliyinə sahiblənməsi, oğurlanan alban adları və abidələri haqqında yeni faktlar əks olunub. Kitabda, həmçinin erməni milli psixologiyası və elmdə mövcud olan erməni xəstəliyinin tibbi analizi, uydurma erməni soyqırımı, Qarabağda erməni terror təşkilatları və kilsəsi, alman faşizmi və ermənilər, yəhudilərə olan nifrət və terror, SSRİ dövründə törədilən terrora kilsənin yanaşması, Ermənistan dövlətinin terror siyasətinin qanunvericilikdə əks edilməsi, oğurluq soyadlar, ermənilərin film mübarizəsi və digər mövzular yer alıb.

Kitabda qeyd olunur ki, XVIII əsrin əvvəllərindən etibarən çar Rusiyası Cənubi Qafqazda müstəmləkəçilik planlarını həyata keçirmək məqsədilə erməni amilindən məharətlə istifadə edib. Ermənilər də öz növbəsində çar Rusiyasının İran və Türkiyə ilə apardığı müharibələr zamanı işğal etdiyi ərazilərdə sonralar öz dövlətlərini yaratmağa nail olublar. Bu işdə onlara açıq-aşkar dəstək verən isə erməni kilsəsi olub.

Müəllif yerli və xarici arxiv sənədləri, əlyazmalar və nadir mənbələrə istinad edərək ermənilərin Qafqaza gəlmə olmasını və burada tarixən mövcud olan Albaniya dövlətinin kimliyinə oğurluq yolla sahiblənməsini sübut edib. Kitab erməni kilsəsi və Ermənistan dövlətinin iç üzünü açan lazımlı mənbə rolunu oynayır.

"Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin dəstəyi ilə çap edilmiş kitabın redaktoru Elm Tarixi İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, rəyçisi isə Günel Səfərovadır.

Kitab elmi tədqiqat aparan şəxslər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM