Alternative content

11:40 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:22 10.12.2019 Əbədiyaşar ömür
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xalq İlham Əliyev siyasətinə alternativ görmür
Xalq İlham Əliyev siyasətinə alternativ görmür
ANA SƏHİFƏ / SİYASƏT
01:23 30.11.2019


YAP-ın növbədənkənar parlament seçkiləri təşəbbüsü ölkənin tərəqqisinə müsbət təsirini göstərəcək, Prezidentin islahatlar kursuna böyük töhfə verəcək


"Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq”.

Son 16 il ərzində Azərbaycanın modernləşib yeni keyfiyyət mərhələsinə qədəm qoymasını, siyasi, iqtisadi həyatının kökündən dəyişməsini təmin edən və dövlətlə xalqı vahid bir platformada birləşdirən cənab İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə qazanılan uğurları dəyərləndirərkən Azərbaycanı istəməyən qüvvələrə bir daha mesaj ünvanladı.


Prezident: "Heç kim bizim işimizə müdaxilə edə bilməz”


2003-cü ildən bugünədək nümayiş etdirdiyi praqmatizm, çevik və ağıllı dövlət siyasəti, sistemli və ardıcıl yanaşma ilə Azərbaycanın müasir inkişafını təmin edən Prezident İlham Əliyevin milli maraqların qorunmasında nümayiş etdirdiyi uzaqgörənlik, prinsipiallıq sayəsində ölkəmizin beynəlxalq nüfuzu gündən-günə yüksəlib. Bu gün Azərbaycanın dünya birliyində etibarlı tərəfdaş kimi qəbul edilməsi cənab İlham Əliyevin uğurlu diplomatiyasının təntənəsidir.

Prezidentin söylədiyi kimi, iqtisadi baxımdan son illərdə Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Çünki son illərdə Prezidentin innovasiyayönümlü, yüksək rəqabətqabiliyyətli istehsala əsaslanan sosial-iqtisadi siyasəti Azərbaycan iqtisadiyyatını keyfiyyətcə yeni, daha yüksək mərhələyə çıxarıb.

Bu, bir həqiqətdir ki, tarixin bütün dövrlərində Azərbaycanın nüfuzu yüksəldikcə, beynəlxalq təşkilatlardakı sözü, çəkisi artdıqca ölkəmizi istəməyən qüvvələr təlaşa düşürlər və yalan-böhtan kampaniyasını işə salmaqla Cənubi Qafqazın lider dövlətini gözdən salmağa can atırlar.

Məhz buna görə də dövlət başçısı yubileydə üzünü xalqa tutaraq "Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz. Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar yapışmır bizə” söylədi.

Əlbəttə ki, xalq Azərbaycana tarixinin ən qüdrətli dövrünü yaşadan hakimiyyətə, onun liderinə güvənir, inanır. Keçirilən bütün rəy sorğuları da bunu təsdiqləyir. Əhalinin mütləq əksəriyyəti cənab İlham Əliyev siyasətini dəstəkləyir, bu siyasətə alternativ görmür.

Çünki bu gün Azərbaycan yeni inkişaf dövrünü yaşayır. Bir vaxtlar elektrik enerjisini belə idxal edən dövlət bu gün dünyanın aparıcı neft-qaz ixracatçısı kimi tanınır. Son 16 ildə iqtisadiyyata yatırılan 265 milyard dollarlıq investisiya, 50 milyard dollara yüksələn valyuta ehtiyatları bir daha göstərir ki, Azərbaycana rəğbət getdikcə artmaqdadır. Buna misal kimi, 8 il öncə 155 ölkənin müsbət rəyini almaqla Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini göstərmək yetərlidir.


İlham Əliyevin xarici diplomatiyasının təntənəsi...


Azərbaycan Prezidentinin uğurlu xarici diplomatiyası, qlobal miqyaslı təşəbbüsləri, layihələri açıq dənizə çıxışı olmayan bir ölkəni beynəlxalq nəqliyyat-tranzit qovşağına çevirib. Həmçinin Azərbaycan ən mühüm hərbi, humanitar konfransların, forumların keçirildiyi məkan statusu alıb.

Təkcə oktyabr-noyabr aylarında - cəmi iki ay ərzində Azərbaycanda keçirilən konfranslara, cənab İlham Əliyevin dəvət aldığı beynəlxalq tədbirlərdəki çıxışlarına nəzər yetirsək, bir daha qazanılan uğurların şahidi olarıq.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirak edən dövlət başçısı canlı efirdə işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm fikirlərinə cavab olaraq "Qarabağ Azərbaycandır, nida işarəsi” fikrini səsləndirməsi hər bir azərbaycanlıda fəxarət hissi yaşatdı: "Bir daha bütün dünya gördü ki, Qarabağ Azərbaycanındır, bir daha bütün dünya bu həqiqəti gördü”.

Aşqabadda keçirilən MDB dövlət başçılarının Zirvə görüşündə isə cənab İlham Əliyev dünyaya bəyan etdi ki, erməni faşizmi dünyaya təhdiddir. Bir sözlə, Azərbaycan "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışından sonra Türkmənistanda növbəti dəfə N.Paşinyana ağır diplomatik zərbə vurdu.

Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirildi və təşkilata sədrlik Azərbaycana keçdi. Noyabr ayında 120 əsas, 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən, BMT-dən sonra ikinci ən böyük siyasi dialoq platforması olan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə evsahibliyi edən Azərbaycan müstəqillik tarixində ən böyük beynəlxalq siyasi tədbirlərdən birini gerçəkləşdirmiş oldu. Quruma sədrlik Azərbaycana keçdi. Prezidentin söylədiyi kimi, Bakıda keçirilmiş Zirvə görüşü onu bir daha göstərdi ki, bu ölkələr arasında ixtilaflar kifayət qədər çoxşaxəlidir: "Elə ölkələr var ki, bir-biri ilə müharibə şəraitindədir. Elə ölkələr var ki, bir-biri ilə diplomatik əlaqələr saxlamırlar. Amma onların hər biri - 119-u bizə səs verdi. Nadir bir vəziyyətdir. Biri də bitərəf qalmadı, yaxud da əleyhinə səs vermədi. Nəyə görə? Bax, dediyim sözlərə görə. Bizə inanırlar, bizi tanıyırlar, bilirlər ki, sözümüzlə əməlimiz birdir. Bilirlər ki, heç kimin qarşısında baş əymirik, lap ən ağır sınaqlarla, ən ağır təxribatlarla üz-üz qalsaq belə”.

Noyabr ayında Bakıda, həmçinin Dünya dini liderlərinin II Zirvə Görüşü keçirildi. 70 ölkənin dini liderləri Bakıya təşrif buyurdu. Dövlət başçısı bu toplantını dəyərləndirərkən dedi: "Dünyada buna bənzər ikinci yığıncaq yoxdur. Dini liderlərin Zirvə Görüşünün keçirilməsi belə səviyyədə və belə təmsilçiliklə bir daha bizim hörmətimizi, rolumuzu göstərir. Biz nəinki ölkə daxilində, dünya miqyasında bu gün çox önəmli ölkəyə çevrilmişik”.

Əlbəttə ki, belə zirvə görüşlərinin keçirilməsi bir daha Azərbaycanın hörmətinin, dünyadakı rolunun yüksək olduğunu göstərir.


YAP-ın növbədənkənar parlament seçkiləri təşəbbüsü...


O ki qaldı daxili siyasətə, hər şey göz önündədir. Cənab İlham Əliyevin ilin əvvəlindən başlatdığı sosial-iqtisadi və struktur islahatları ölkə əhalisi tərəfindən təqdir edilir və beynəlxalq birlik də bu islahatları yüksək qiymətləndirir. Prezident deyir ki, islahatlara alternativ yoxdur və proses davam edəcək: "İslahatlar bizim şüurlu seçimimizdir. Elə fərz edə bilərik ki, nəyə lazımdır bu islahatlar? Onsuz da hər şey yolunda gedir, ölkə inkişaf edir, yeni müəssisələr açılır, abadlıq işləri görülür. Yox, struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır. Baxın, iqtisadi islahatlar nəticəsində təkcə bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplamışıq. Bunları sosial sahəyə yönəldirik. Amma bu, hələ islahatların növbəti mərhələsinin birinci addımlarıdır. Bundan sonra da daha böyük addımlar atılacaqdır”.

Dövlət başçısının fikirlərindən bəlli oldu ki, ölkədə həm icra, həm də məhkəmə-hüquq sistemində islahatlar daha da dərinləşəcək. İki gün sonra isə hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. YAP bəyan etdi ki, Milli Məclisdə mütləq əksəriyyətə malik olan siyasi təşkilatın deputat korpusunun təşəbbüsü ilə parlamentin buraxılması və növbədənkənar gerçəkləşəcək seçki ölkədə aparılan genişmiqyaslı islahatların yaratdığı hüquqi, siyasi tələblərlə bağlıdır. Partiya üzvləri bu qənaətdədir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından da kənarda qalmamalıdır.

YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov bəyan etdi ki, bütövlükdə bu qərar ölkəmizin inkişafına, tərəqqisinə öz müsbət təsirini göstərəcək və uğurla həyata keçiriləcək: "Konstitusiyaya edilən son dəyişikliklər əsasında Azərbaycan Prezidentinə parlamenti müəyyən şərtlər əsasında buraxmaq səlahiyyətləri təsbit edilib. Düşünürük ki, Prezidentin bu səlahiyyətindən istifadə edərək parlamenti buraxması parlament və qanunvericilik sferasında islahatların həyata keçirilməsi üçün əlverişli imkan yarada bilər”.

Beləliklə, tezliklə ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Əminliklə deyə bilərik ki, bu seçkilərin nəticələri hər şeydən öncə cənab İlham Əliyevin islahatlar kursuna böyük töhfə verəcək. Seçki prosesini davamlı olaraq təkmilləşdirən iqtidar növbəti ədalətli seçki vasitəsilə sosial-iqtisadi inkişafın dayanıqlılığına təkan verəcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM