Alternative content

03:49 27 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:42 27.09.2020 Astaradan xəbərlər var
00:37 27.09.2020 Məqsədə doğru
00:25 27.09.2020 “Pəri cadu”
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İcbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
İcbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
ANA SƏHİFƏ / Səhiyyə
01:17 30.11.2019


Qeyri-hökumət təşkilatları (QHT) tərəfindən 2019-cu ilin avqust ayından başlayaraq ölkənin müxtəlif bölgələrində icbari tibbi sığorta sistemi haqqında həyata keçirilən maarifləndirmə tədbirləri başa çatıb. Maarifləndirmə tədbirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə təşkil olunub.

Tədbirlər ümumilikdə 19 rayon və şəhər olmaqla - Bakı, Sumqayıt və Şirvan şəhərlərində, Şəmkir, Lənkəran, Lerik, Masallı, Şamaxı, İsmayıllı, Sabirabad, Zaqatala, Xaçmaz, Qax, Balakən, Ağdam, Ucar, Göyçay, Astara və Cəlilabad rayonlarında keçirilib.

Habelə Qax rayonunun Əlibəyli, Şıxlar, İlisu kəndləri, Balakən rayonunun Tülü, Qaravəlli, Katex kəndləri, Ağdam rayonunun Quzanlı, Dördyol-1, Yüz evlər, Yeni İmamqulubəyli-1 qəsəbələri, o cümlədən rayonun Əhmədağalı, Çıraqlı kəndlərinin sakinlərinə icbari tibbi sığorta sistemi haqqında məlumat verilib.

Müxtəlif formatlı tədbirlərdə (təlim, seminar, məlumatlandırıcı sessiya, "dəyirmi masa”, ictimai müzakirələr, teledebatlar) iştirak edən rayon və kənd sakinləri, azsaylı xalqların nümayəndələri, məcburi köçkünlər, fərdi sahibkarlar, yerli QHT-lərin və icmaların nümayəndələri, tibb işçiləri və başqaları icbari tibbi sığortanın məqsədi və əhaliyə verəcəyi faydalar, xidmətlər zərfi, icbari tibbi sığorta haqqı və s. barədə məlumatlandırılıblar.

Tədbirlərin sonunda iştirakçıların sualları cavablandırılıb, onlara maarifləndirici buklet paylanılıb. QHT-lərin keçirdikləri görüşlər və tədbirlər yerli mediada geniş işıqlandırılıb.

Qeyd edək ki, "İcbari tibbi sığorta barədə ictimai məlumatlılığın artırılmasına dair təşəbbüslər” mövzusu QHT-lərə Dövlət Dəstəyi Şurasının qrant müsabiqəsinə ilk dəfə olaraq cari ildə daxil edilib. Layihələrin qiymətləndirilməsi nəticələrinə görə 8 qeyri-hökumət təşkilatı qalib olub. "Pediatrik Kardiologiya və Revmatologiya”, "Yoluxucu Xəstəliklərlə Mübarizə”, "Hərbi Cərrahlar”, "Vətəndaş Maarifləndirilməsi”, "Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi”, "Türkdilli Dövlətlərin İqtisadçıları”, "Sağlamlığa Xidmət” və "Gənclərin Sosial İnkişafına Dəstək” ictimai birlikləri əhalinin icbari tibbi sığorta haqqında məlumatlılığının artırılmasında fəal iştirak ediblər.

Agentlik qalib gələn QHT-lərin icbari tibbi sığorta sistemi barədə məlumatlandırılması, əhaliyə ötürüləcək informasiyaların doğruluğunun təmin edilməsi, layihələrin effektivliyinin artırılması, beləliklə də uğurlu nəticələrin əldə olunması məqsədilə təşkilat və layihə rəhbərləri ilə görüş keçirib.

Elçin CƏFƏROV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM