Alternative content

03:23 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlham Əliyevin islahatlar konsepsiyasına YAP-dan dəstək
İlham Əliyevin islahatlar konsepsiyasına YAP-dan dəstək
ANA SƏHİFƏ / SİYASƏT
00:57 29.11.2019


Parlament xalqdan yeni etimad mandatı alacaq

Azərbaycan vətəndaşları yaxın aylarda müstəqillik dövrünün 6-cı parlamentini seçəcək, 125 yeni millət vəkilini müəyyənləşdirəcək. Milli Məclisdə mütləq əksəriyyətə malik olan Yeni Azərbaycan Partiyasının deputat korpusunun təşəbbüsü ilə parlamentin buraxılması və növbədənkənar gerçəkləşəcək seçki ölkədə aparılan genişmiqyaslı islahatların yaratdığı hüquqi, siyasi tələblərlə bağlıdır.


Növbədənkənar seçkiləri zəruri edən səbəblər

Qanunvericilik tariximizin ilk növbədənkənar parlament seçkisi ilə bağlı təşəbbüsünü də YAP rəhbərliyi məhz bu amillərlə izah etdi. Bir vacib məqamı da qeyd edək ki, həm də hakim partiyanın sədri olan İlham Əliyevin müəllifliyi ilə son illərdə aparılan islahatlar miqyasına görə olduqca genişdir, həm də sistemlidir. Hər sahə üzrə konkret plan, layihə və vəzifə-məsuliyyət bölgüsü düzgün müəyyənləşdirilib. Yeni dövrün çağırışlarına adekvat olan islahatların uğurlu gedişini təmin etmək məqsədilə aparılan hüquqi-qanunvericilik təkmilləşməsi davamlı hal alıb. Xüsusən də Konstitusiyaya edilən əlavə və dəyişikliklər islahatların hüquqi tənzimlənməsini və yeniləşən sistemə uyğunlaşdırılmasını həyata keçirib.

Mövcud maliyyə-iqtisadi duruma adekvat olan və qlobal çağırışlara cavab verən yeni islahatlar kursu artıq ilkin uğurlu nəticələrini verib, ölkə iqtisadiyyatının bütün sahələrində, xüsusən də qeyri-neft sektorunda əsaslı canlanma yaranıb və bu proseslər beynəlxalq ekspertlər tərəfindən yüksək dəyərləndirilir.

Şübhəsiz, islahatların cəmiyyətin bütün sahələrini əhatə etməsi üçün onun hakimiyyətin bütün qollarına da sirayət etməsi vacibdir. Dövlət hakimiyyətinin üç sütunundan biri olan icraedici hakimiyyətdə son illərdə aparılan müsbət dəyişikliklər bu sistemdə köklü yeniliklərə, müasir inkişaf tendensiyalarına təkan oldu, dövlətin mövcudluq və müstəqilliyin davamlılıq şərtlərini təmin edən inzibati amilləri gücləndirdi. Dərin və sürətli islahatlar dövründən sonra sistem islahatları mərhələsi adı alan bu proses vasitəsilə Prezident yeni hədəflərə daha çevik, modern və səmərəli idarəçilik modeli ilə addımlayır.

Bu kontekstdə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Vətənə, dövlətə və xalqa layiqli xidmət missiyası ilə yeni mərhələyə qədəm qoyan Mehriban Əliyeva ötən dövrdə ona olan ümummilli inamı və Prezidentin etimadını yüksək peşəkarlıqla doğruldaraq bu təyinatın doğruluğunu təsdiqlədi. İki ildən artıqdır ki, ölkədə sosial sahədəki islahatlar birmənalı olaraq məhz Mehriban Əliyevanın fəal icraçılığı, novator təşəbbüskarlığı ilə gerçəkləşir. Onun səlahiyyət kurasiyası şübhəsiz ki, yalnız bu sahə ilə məhdudlaşmır. Dövlət quruculuğu prosesinin bütün istiqamətlərində mükəmməl nümunələr yaradan Birinci vitse-prezident ölkə rəhbərinin fəaliyyətinə əvəzsiz töhfələr verir, İlham Əliyevin islahatlar kursunun xalq tərəfindən böyük coşqu ilə dəstəklənməsini təmin edir.

Həmçinin Prezidentin islahatlar konsepsiyasının icrasını həyata keçirən hökumətin iki il öncə yenilənməsi və bir ay öncə tərkibinin daha da təkmilləşdirilməsi, eyni zamanda ali rəhbərlikdən yerli icra strukturlarının başçılarınadək aparılan köklü dəyişikliklər bu xüsusda mühüm səciyyə daşıyır. Təşəbbüskarlıq, çeviklik, səmərəlilik, şəffaflıq, məsuliyyət kimi dəyərlər Prezidentin məmurlardan hər zaman əsas tələbi idi. İndi isə görünən odur ki, bunlar həm də yeni idarəçilik aparatının formalaşmasında İlham Əliyevin əsas etimad meyarı olub.

Prezident yeni inkişaf strategiyasının icrasını öz sahəsində böyük təcrübə qazanmış mütəxəssislərə, eyni zamanda gənclərdən ibarət peşəkarlar komandasına həvalə edib.


Yeni parlamentin yeni vəzifələri nə olacaq?

İcraedici hakimiyyətdən sonra növbə qanunverici hakimiyyətdədir. Bəs islahatların parlament səviyyəsində davamını şərtləndirən səbəblər hansılardır?

İlham Əliyev çevik idarəçilik metoduna malik rəhbərdir. Yeni iqtisadi-siyasi situasiya ondan islahatları daha geniş miqyasda aparmağı və vacib qərarların yalnız icraedici orqan miqyasında deyil, həm də qanunverici hakimiyyət səviyyəsində də müasir meyarlarla operativ qəbulunu tələb edir. Elə Milli Məclisin əksər deputatları da hesab edir ki, islahatların ümumi ahənginə onların strukturunun da köklənməsinə mühüm zərurət var.

Nəzərə alaq ki, bu gün üzərində işlənən layihələr, proqramlar böyük strateji dövr üçün nəzərdə tutulur və onların əksəriyyəti qarşıdakı on ili əhatə edir. Seçkilərin öncəyə çəkilməsi də yeni islahatlar kursunun vacib proqramlarının icrasını tez bir zamanda başlamaq üçün parlamentin xalqdan yeni etimad mandatı almasına hesablanıb. Nəticə etibarilə, yeni parlament islahatların gedişinin daha da sürətlənməsinə və onun qanunvericilik bazasının təkmilləşməsinə rəvac verəcək.

Bir məqamı da vurğulayaq ki, Azərbaycan sosial-iqtisadi inkişafı hər zaman hüquqi-siyasi təkmilləşmə və demokratikləşmə ilə paralel aparıb. Bu iki istiqamət biri-birini tamamlayıb və dövlət quruculuğunun inkişaf vəhdətini təşkil edib. İqtisadi yüksəlişi olmayan cəmiyyətdə demokratik meyarların intişar tapması mümkün olmadığı kimi, mükəmməl hüquqi-siyasi prinsiplərin prioritet olmadığı dövlətlərdə də əsaslı sosial-iqtisadi nailiyyətlər əldə edilə bilməz. Bu baxımdan demokratik, şəffaf seçki prosesini davamlı olaraq təkmilləşdirən iqtidar növbəti azad və ədalətli seçki vasitəsilə sosial-iqtisadi inkişafın dayanıqlılığına təkan verəcək.

Parlament seçkilərinin əsas məğzi vətəndaşların siyasi alternativlər sırasında inam bəslədikləri partiyaların namizədlərinə, eləcə də bitərəflərə səs verməsi və ən üstün etimadı qazananların qalib elan olunmasıdır. YAP da növbəti seçkilərə böyük əminliklə, zəfərinə birmənalı inamla gedir. Cəmiyyətdə Heydər Əliyev Partiyası kimi tanınan, Prezidentin islahatlar kursunun siyasi istinadgahlarından biri olan hakim təşkilatın və onun dəstəklədiyi bitərəflərin qələbəsi həm də ictimaiyyətin iqtidara olan münasibətini ifadə edəcək.

Seçki - bir yarışdır. Və bu yarışın son 25 il ərzində qalibləri məhz müstəqilliyin, dövlətçiliyin, inkişafın alternativsiz təminatçısı olan hakim siyasi kursun təmsilçiləridir.

Qarşıdakı parlament seçkilərinin nəticələri də şübhəsiz ki, islahatlar kursuna xalqın möhtəşəm dəstəyinin təntənəsinə, dövlət quruculuğunun yeni inkişaf, nailiyyət salnaməsinin başlanğıcına çevriləcəkdir.

İxtiyar HÜSEYNLİ,
"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM