Alternative content

12:57 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:22 10.12.2019 Əbədiyaşar ömür
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlin əvvəlindən TANAP Türkiyəyə 1,8 milyard kubmetr Azərbaycan qazı nəql edib
İlin əvvəlindən TANAP Türkiyəyə 1,8 milyard kubmetr Azərbaycan qazı nəql edib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:25 28.11.2019


Bu ilin əvvəlindən Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 1,8 milyard kubmetrədək qaz nəql olunub. Türkiyə indiyədək ümumilikdə TANAP-la 3 milyard kubmetrdən çox Azərbaycan təbii qazı alıb. İlin sonunadək bu həcm 4 milyard kubmetrə çatacaq.

TANAP "Cənub qaz dəhlizi”ni yaradan üç kəmərdən ikincisi və ən böyüyüdür. Ərdəhan bölgəsinin Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçir. Ədirnənin İpsala qəsəbəsinədək uzanan bu kəmər ölkənin ərazisi boyu 1850 kilometr məsafə qət edir. Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qaz TANAP vasitəsilə Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) ötürüləcək.

TANAP-ı "Cənub qaz dəhlizi”nin onurğa sütunu da adlandırırlar. O, Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə birləşir, Türkiyə-Yunanıstan sərhədində isə TAP-a qovuşacaq. TANAP-ın Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərə qədər olan 1350 kilometrlik hissəsi 56, Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan 480 kilometrlik hissəsi isə 48 düymlük borularla çəkilib.

Xatırladaq ki, TANAP keçən il iyunun 12-də istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə, planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlanıb.

Bu il Bakıda keçirilən XXVI Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışındakı nitqində Prezident İlham Əliyev TANAP-ı bir daha yüksək dəyərləndirərək demişdir: "2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış TANAP layihəsi "Cənub qaz dəhlizi”nin önəmli hissəsidir. Keçən il - düz bir il bundan əvvəl mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin rəsmi açılışı olmuşdur. Beləliklə, bu böyük layihənin icrası istiqamətində çox önəmli addımlar atılmışdır. Bildiyiniz kimi, "Cənub qaz dəhlizi” dörd hissədən ibarətdir. Onlardan üçü artıq reallaşıb, dördüncü layihə də uğurla icra edilir. Keçən il TANAP-ın istifadəyə verilməsindən sonra Azərbaycan öz qaz resurslarını xarici bazarlara daha böyük həcmdə ixrac etməyə başlamışdır. Beləliklə, "Cənub qaz dəhlizi”nin reallaşması üçün çox önəmli şərait yaradılmış və addımlar atılmışdır”.

Qeyd edək ki, TANAP bu il iyulun 1-dən Azərbaycan qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Bu günlərdə isə Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönmez bildirib ki, noyabrın 30-da boru kəmərinin ikinci fazasının açılışı planlaşdırılır. O, həmçinin vurğulayıb ki, Türkiyənin iştirakı ilə reallaşdırılan layihələr Avropanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayır. TANAP da bu layihələrdən biridir.

TANAP-ın səhmlərinin 51 faizi "Cənub qaz dəhlizi” QSC-yə, 7 faizi "SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi BOTAŞ-a, 12 faizi isə BP şirkətinə məxsusdur.

TANAP üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtadək layihəyə təqribən 6 milyard dollar xərclənib. Səhmdarlar layihə üzrə illik 1,45 milyard dollar gəlir əldə edəcəklər. Həmin gəlirin 58 faizi Azərbaycanın payına düşəcək.

Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir. Gələcəkdə bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM