27 Noyabr 2019 17:10
853
Mədəniyyət
A- A+

Əbülfəs Qarayev “Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında” Konvensiyanın Baş Assambleyasının 22-ci sessiyasında iştirak edib


Parisdə səfərdə olan Mədəniyyət nazir Əbülfəs Qarayev noyabrın 27-də UNESKO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Ümumdünya İrs Komitəsinin sədri kimi nazir Əbülfəs Qarayev 2018-2019-cu illər ərzində görülən işlər və Komitənin 43-cü sessiyasında qəbul edilən qərarlarla bağlı hesabatla çıxış edib.

Nazir qeyd edib ki, Komitənin Bakıda keçirilmiş 43-cü sessiyasında ümumilikdə 2000-dən artıq şəxs iştirak etmiş, müxtəlif ölkə və təşkilatlar tərəfindən 53 paralel tədbir təşkil olunmuş və 29 yeni məkan Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Sessiyadan əvvəl təşkil olunan Ümumdünya İrsi üzrə Gənc Peşəkarlar və Ümumdünya İrsi üzrə Abidə Menecerləri Forumları barədə məlumat verən nazir forumların bir sıra mühüm nəticələrini qeyd edib.

Əbülfəs Qarayev Komitənin iyunun 30-da keçirilən açılış mərasiminə toxunaraq tədbirin UNESKO-nun baş direktoru xanım Odre Azuleyin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və digər yüksək səviyyəli rəsmilərin çıxışları ilə yadda qaldığını qeyd edib. O, sessiyanın yekununda Mədəni və təbii irsin qorunması üzrə Bakı Bəyannaməsinin qəbul edildiyini və sessiyanın gündəliyində ilk dəfə olaraq Afrika və dayanıqlı inkişafa aid bəndin daxil edildiyini bildirib.

Nazir, həmçinin Komitəyə və Ad Hoc işçi qrupuna sədrlik dövründə həyata keçirilən fəaliyyət və əldə olunan uğurlardan söz açib.

İclasda Ermənistan nümayəndə heyəti hər zamankı kimi təxribata əl atıb. Bildiriblər ki, Ermənistan nümayəndə heyəti üçün təhlükəsizlik şərtləri təmin edilmədiyindən Komitənin Bakıda keçirilən sessiyasında iştirak mümkün olmayıb. Azərbaycan nümayəndə heyəti ermənilərin ənənəvi təxribatına qarşı cavab olaraq bildirib ki, Komitənin 43-cü sessiyasının ölkəmizdə keçirilməsi UNESKO ilə Azərbaycan Hökuməti arasında imzalanmış müqavilə və öhdəliklər toplusu ilə tənzimlənib və bu çərçivədə Azərbaycan UNESKO-nun bütün üzv ölkələri və tərəfdaş təşkilatları üçün eyni şərtləri və şəraiti təmin edib. Qeyd olunub ki, Ermənistan tərəfi ənənəvi olaraq ölkəmizdə keçirilən bütün tədbirlərlə bağlı pozucu mövqedən çıxış edir. Azərbaycan nümayəndə heyəti, həmçinin UNESKO rəhbərliyi və iştirakçıları tərəfindən tədbirin keçirilməsi səviyyəsinə qiymətini verildiyini və bunun Ermənistan tərəfinin iddialarına cavab olduğunu bildirib.

Tədbir çərçivəsində nazir Əbülfəs Qarayev həmçinin UNESKO-nun sabiq baş direktoru Koicuru Matsuura ilə görüş keçirilib. Sabiq baş direktor UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya salamlarının çatdırılmasını xahiş edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video