27 Noyabr 2019 16:58
846
Mədəniyyət
A- A+

Son 10 ilin ən yaxşı 40 ekran əsərinin siyahısı dərc edilib


Britaniyanın nüfuzlu "The Independent” nəşri son 10 ilin ən yaxşı 40 ekran əsərinin siyahısını dərc edib. AZƏRTAC qəzetin saytına istinadla xəbər verir ki, birinci yerə rejissor Barri Cenkinsin lentə aldığı "Ay işığı” filmi layiq görülüb. Bu kinorejissor müasir kinematoqrafın ən görkəmli nümayəndəsi hesab edilir. Onun filmi 2017-ci ildə üç "Oskar” mükafatı alıb.

Siyahıda ikinci yeri rejissor Todd Heynsin "Kerol” bədii filmi tutur. 1950-ci illərin Nyu-Yorkunda iki qadının münasibətlərindən bəhs edən ekran əsərini dərin romantik və dramatik film adlandırıblar. Baş rolun ifaçısı Keyt Blanşet və onun filmdə tərəfdaşı Runi Mar "Oskar” mükafatına namizəd göstərilib, lakin hər iki aktrisa mükafatsız qalıb.

Üçüncü yerdə Cordan Pilin "Rədd ol” trilleri qərarlaşıb. Jurnalistlərin qənaətinə görə, bu ekran əsəri XXI əsrin əxlaqi dəyərlərinin ən yaxşı təcəssümüdür. Sonrakı yerləri Pol Tomas Andersonun "Şəffaf ip”, Koen qardaşlarının "Lyuin Devisin içindəki” filmləri tutur. İlk onluğa daxil edilmiş filmlər arasında "Amerika gözəli”, "Paddinqtonun macəraları 2”, "Dəli Maks: Qəzəb yolu”, "Sən heç vaxt burada olmamısan” və "XX əsrin qadınları” bədii filmləri də var.

Bu ilin iyulunda "IndieWire” nəşrinin jurnalistləri də son onilliyin ən yaxşı filmlərinin siyahısını tərtib ediblər. Həmin siyahıda da birinci yerə "Ay işığı” filmi layiq görülüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video