27 Noyabr 2019 13:19
722
Mədəniyyət
A- A+

Yeni Azərbaycan Partiyasının qərargahında İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş sərgi açılıb


Noyabrın 27-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş gənc rəssamların sənət əsərlərindən ibarət sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, YAP və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə reallaşan sərgidə akademiyanın tələbələrinin 10-dan çox rəsm əsəri nümayiş olunur.

Tədbirdə YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Nəsimi ili” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda təşkil edilən tədbirlərdən söz açıb. Bu gün ölkəmizdə mədəni sahəyə göstərilən dövlət qayğısından danışan Siyavuş Novruzov bildirib ki, bu ənənənin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. "Ümummilli Lider ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra müasir müstəqil Azərbaycanın elm və mədəniyyət sahəsində də dirçəliş hiss olunmağa başladı. AXC-Müsavat cütlüyünün dövründə mədəniyyətə ögey münasibət bəslənirdi. Azərbaycan Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Azərbaycan Milli Elmlər Akademiyası kimi elm və mədəniyyət ocaqları bağlamaq təhlükəsi ilə üz-üzə idi. Ulu Öndərin hakimiyyəti dövründə bu sahələr dirçəldi, bu işin arxasındakıların istəkləri baş tutmadı. Bu gün ölkəmiz inkişaf edir, mədəniyyətimizə böyük qayğı göstərilir”, -deyə S. Novruzov söyləyib.

YAP icra katibinin müavini Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə qayğısından söz açıb, bu yöndə atılan addımları təqdir edib.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov Nəsiminin 650 illiyi münasibətilə reallaşan tədbirlərin əhəmiyyətindən bəhs edib. Bu il Nəsimi ilə bağlı ölkəmizdə çoxsaylı sərgilərin açıldığını deyən Ö.Eldarov ölkə başçısının mədəniyyətə göstərdiyi diqqət və qayğıdan söz açıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Nəsimi yaradıcılığının Azərbaycanda son 60 ildə öyrənilməyə başlandığını bildirib. V.Əliyev deyib ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında sərəncamları bu böyük şəxsiyyətin yaradıcılığını, ədəbiyyatımıza verdiyi böyük töhfələri yenidən dərk və təhlil etmək üçün fürsət yaradıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Nəsiminin 600 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrilmişdi. Dahi şair ilə bağlı əsərlər yazıldı, filmlər çəkildi, küçələrə onun adı verildi. Bu il ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq həm ölkəmizdə, həm də xaricdə müxtəlif tədbirlərin, sərgilərin, ədəbi-bədii axşamların təşkil edildiyini, kitabların çap olunduğunu söyləyən nazir müavini qeyd edib ki, hazırda YAP-da Nəsimi yaradıcılığına həsr edilmiş sərgisinin açılması bu qəbildən olan tədbirlərdəndir.

Tədbir çərçivəsində sərgidə əsərləri nümayiş edilən gənc rəssamlar diplomlarla təltif olunublar.

Sonra qonaqlar sərgiyə baxıblar

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video