Alternative content

04:09 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İndi bütün yollar Bakıda birləşir
İndi bütün yollar Bakıda birləşir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:48 27.11.2019


İlham ƏLİYEV: "Bakı-Tbilisi-Qars dəmir yolu dünyanın nəqliyyat xəritəsini yenidən tərtib etdi”


Ölkəmizdə icra edilən nəhəng infrastruktur layihələri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Həmin qurumlar öz hesabatlarında dəfələrlə Azərbaycanda görülən bu işlərin təkcə ölkəmiz üçün deyil, dünya üçün də böyük əhəmiyyət daşıdığını bildirirlər. Görülən işlər sayəsində ölkəmiz hazırda dünyanın mühüm nəqliyyat dəhlizinin - Şərq-Qərb, Şimal-Cənub marşrutu üzrə önəmli qovşağa çevrilib. Yəni bu istiqamətdə gedən bütün yollar Azərbaycanda birləşir.

Elə buna görədir ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdə qərarlaşıb. Bundan əlavə, digər nəqliyyat növləri üzrə də ölkəmiz beynəlxalq aləmdə öncül yerləri tutur. Qeyd edək ki, bu yüksək nailiyyətlərin qazanılmasında Prezident İlham Əliyevin təşəbbüsü və siyasi qətiyyəti sayəsində Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi, eləcə də Ələt Beynəlxalq Ticarət Limanının istifadəyə verilməsi mühüm rol oynayır.

Prezident İlham Əliyev "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edərkən demişdir: "Yəni onu demək istəyirəm ki, vaxtilə Azərbaycanın təşəbbüsü ilə başlanan və bizim böyük maliyyə dəstəyimizlə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu çox mühüm əhəmiyyət daşıyır.

Mən əvvəllər də, biz dəmir yolunun təməlini qoyanda da bunu demişəm ki, bu layihə dünyanın nəqliyyat xəritəsini yenidən tərtib edir və bu layihə açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcəkdir. Eyni zamanda, biz "Şimal-Cənub nəqliyyat dəhlizi”nə də çox böyük diqqət yetirmişik... Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin iştirakçıları bir çox ölkələrdir. Ancaq onların arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir və hər iki layihənin reallaşmasına öz dəyərli töhfəsini vermişdir. Bu, bizə gələcəkdə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək, artıq gətirir”.

Çin hazırda dünyanın nəhəng ixracatçılarındandır. Bu ölkə dünya bazarına ildə 2 trilyon 400 milyard dollar dəyərində məhsul ixrac edir. Çin bu səbəbdən dünya bazarına istehsal etdiyi malları ixrac etmək üçün yeni nəqliyyat marşrutlarının yaradılması barədə təşəbbüslə çıxış edib. Həmin ölkə tərəfindən "Bir kəmər, bir yol” strategiyası üzrə Avropa ilə mal mübadiləsinin əsas marşrutlarından biri "Şərq-Qərb nəqliyyat dəhlizi”dir ki, bu sahədə də ölkəmiz mühüm rol oynayır.

İndi dünya ölkələri həmin marşrutun əldə edilməsi üçün qızğın siyasi və iqtisadi mübarizəyə başlayıb. Ona görə ki, bu yüklərin daşınması hansı ölkədən keçərsə, həmin dövlətlər milyardlarla dollar gəlir əldə edəcək. Prezident İlham Əliyev uzaqgörənliklə bu marşrut üçün vaxtında lazımi tədbirlər görüb. Belə ki, bizim nəhəng Xəzər Dəniz Donanmamız var. Donanmanın tərkibində Xəzərin şərq sahilindən sol sahilinə yük daşımaq üçün bərə gəmilərimiz kifayət qədərdir. İkincisi, Ələt Beynəlxalq Ticarət Limanında nəhəng gəmilərin yan alaraq yükünü doldurulub-boşaldması üçün hər cür şərait yaradılıb. Üçüncüsü isə, bu yüklərin Avropaya daşınması üçün Bakı-Tbilisi-Qars dəmir yolu çəkilib. Qeyd etdiyimiz kimi, bu yolun çəkilməsinin siyasi təşəbbüsçüsü Prezident İlham Əliyevdir. Maliyyələşdirilməsini də Azərbaycan dövləti həyata keçirib.

Məlum olduğu kimi, Çinin Sian şəhərindən yola düşən 42 konteynerdən ibarət "China Railway Express” yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyənin paytaxtı Ankara şəhərinə çatıb. Qeyd edək ki, Türkiyə dövləti də Şərqdən Avropaya uzanan bu marşrutun səmərəli və işlək olması üçün Mərmərə dənizinin altından dəmir yolu xətti çəkib. Həmin qatar bu tuneldən keçərək Çexiyanın paytaxtı Praqa şəhərinə çatır. Beləliklə, Şərqdən Avropaya gedən nəqliyyat dəhlizi işlək vəziyyətə düşdü.

Bu gün Avropa ilə Asiya arasında illik ticarət dövriyyəsi 21 trilyon dollardır. Bir daha vurğulayaq ki, həmin ticarət dövriyyəsini öz ölkələri vasitəsilə həyata keçirmək uğrunda dövlətlər bir-biri ilə ciddi rəqabət aparır. Ölkələr arasında gedən rəqabətdə siyasi amillər deyil, iqtisadi amillər əsas rol oynayacaq. Bu səbəbdən də ölkəmizin həmin rəqabətdən üstün çıxacağına şübhə etmirik. Belə ki, Çinlə Türkiyə arasında yükdaşımaların müddəti bir aydan 12 günə enib. Sözsüz ki, daşınmanın belə qısalmasında Azərbaycanın vaxtında icra etdiyi nəhəng infrastruktur layihələri mühüm əhəmiyyət kəsb edir. Bizim yüklərin Xəzərin şərqindən qərbinə və ya əksinə daşınması üçün hər cür imkanımız var. Bununla yanaşı, həmin gəmilərin yan ala biləcəyi hər cür imkanlara sahib Ələt Beynəlxalq Ticarət Limanı da fəaliyyət göstərir. Başlıcası isə, müasir dünya standartlarına cavab verən Bakı-Tbilisi-Qars dəmir yolu yükləri vaxtında Avropaya çatdırma qabiliyyətinə malikdir.

Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub nəqliyyat dəhlizinin qovşağına çevrilib. Ölkəmiz mühüm infrastruktur layihələrini rəqiblərimizdən öncə yaratdığı üçün böyük üstünlüyə sahibdir. Təkcə Bakı-Tbilisi-Qars dəmir yolu dünyanın nəqliyyat xəritəsini yenidən tərtib etdi.

Qədimlərdə Roma imperiyasının güclü olması və hamının bu imperiyaya ehtiyacı olduğunu bildirmək üçün belə bir ifadə işlədilirdi: "Bütün yollar Romada birləşir”. İndi isə deyə bilərik ki, bütün yollar Romada deyil, Bakıda birləşir. Bu, dövlətimizin apardığı uğurlu xarici siyasətin və ölkəmizdə həyata keçirilən nəhəng infrastruktur layihələrinin sayəsində mümkün olub.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM