Alternative content

12:07 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:22 10.12.2019 Əbədiyaşar ömür
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xoş məram, sülh və dostluq elçisi
Xoş məram, sülh və dostluq elçisi
ANA SƏHİFƏ / SİYASƏT
01:46 27.11.2019


Birinci vitse-prezident Mehriban Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti onu dünyada milyonların sevimlisinə çevirib


Münasibətləri möhkəm dostluğa, mehriban qonşuluğa və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan və Rusiya Federasiyası getdikcə bir-birinə daha da yaxınlaşır, əlaqələr möhkəmlənir.

Bu əlaqələr beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir. Əlbəttə ki, bunları şərtləndirən əsas amil iki ölkənin prezidentləri arasında olan möhkəm dostluq münasibətləridir. Hər il cənab İlham Əliyevlə Vladimir Putin arasında azı 4 görüşün keçirilməsi də bunun bariz nümunəsidir.

Prezidentlərin dostluqdan irəli gələn intensiv danışıqları dövlətlərarası münasibətlərə yeni dinamizm verib, əlaqələrdəki etimad mühitini daha da gücləndirib. Ən əsası, hər bir görüş və danışıq münasibətlərin strateji xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu təsdiqləyib.

Noyabrın 21-25-də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri də iki ölkə arasındakı əlaqələrin dostluq və əməkdaşlıq ənənələrinə söykənərək inkişaf etdiyini bir daha göstərdi. Başlıcası isə təsdiq olundu ki, Azərbaycan Rusiyanın həm strateji, həm də Cənubi Qafqazdakı əsas siyasi-iqtisadi müttəfiqidir.

Səfər çərçivəsində Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində xidmətlərinə görə Mehriban xanım Əliyevaya Prezident Vladimir Putin tərəfindən "Dostluq” ordeni təqdim edildi.

Bu, əlbəttə ki, Birinci vitse-prezidentin çoxşaxəli fəaliyyətinə verilən növbəti böyük dəyərdir. Azərbaycanın yüksək dəyərlərinin, humanizm prinsiplərinin beynəlxalq aləmə təqdimində əvəzsiz rol oynayan Mehriban xanım Əliyeva genişmiqyaslı fəaliyyəti ilə dövlətlərarası dostluq münasibətlərinin möhkəmləndirilməsinə də mühüm töhfələr verir.


Xeyriyyəçilik missiyası


İctimai-siyasi, elmi yaradıcılığı, xeyriyyəçilik fəaliyyəti ilə təkcə Azərbaycanda yox, dünya miqyasında qadınlar üçün əsl nümunəyə çevrilən Mehriban xanım Əliyeva ölkəmiz barədə həqiqətlərin dünyaya çatdırılması istiqamətində möhtəşəm işlər görür. Birinci vitse-prezidentin milli maraqlarımıza əsaslanan tutduğu yol həm də ölkəmizin dünyada sülhün və firavanlığın carçısı kimi tanınmasına çox böyük dəstəkdir.

Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu yaradıldığı gündən dünya mədəniyyətinin inkişafında, sivilizasiyalararası dialoqun möhkəmlənməsində, humanist dəyərlərin, sülh və tolerantlığın yayılmasında mühüm rol oynayır. Bunun nəticəsidir ki, Mehriban Əliyeva təkcə ölkəmizdə deyil, beynəlxalq miqyasda da xoşməramlı missiyanın elçisi kimi qəbul olunur. Məhz bu xidmətlərinə görə Azərbaycanın birinci xanımı müxtəlif dövlətlərin, təşkilatların ali mükafatlarına layiq görülüb.

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə UNESKO-nun xoşməramlı səfiri adını alan Mehriban Əliyeva bir il sonra, 2005-ci ilin martında "2004-cü ilin ictimai xadimi” nominasiyası üzrə "Caspian Energy Integration Award-2005” beynəlxalq mükafatına layiq görülüb. Elə həmin il Mehriban xanım "Lider qadınlar” İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Sosiologiya Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə əsasən, Azərbaycan qadınına xas olan yüksək əxlaqi keyfiyyətlərinə, geniş xeyriyyəçilik fəaliyyətinə görə "İlin qadını” elan edilib.

Mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfələrə görə BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalı ilə mükafatlandırılan birinci xanım sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Mehriban xanım "Qızıl ürək” beynəlxalq mükafatına sahib çıxıb.

Prezident İlham Əliyevin 2009-cu il 5 may tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev mükafatı ilə təltif edilib.


Azərbaycan qadınına verilən beynəlxalq dəyər


Azərbaycanın bir çox ölkələrlə siyasi, mədəni əlaqələrinin daha da möhkəmlənməsi prosesində fəallıq göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər təqdirəlayiqdir. Məsələn, Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Polşa Respublikasının xidmətlərə görə "Böyük Komandor Xaçı” ordeni, Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası Prezidentinin sərəncamı ilə "Şərəf Legionu” ordeni, İtaliya Respublikasının xidmətlərə görə "Böyük Xaç Kavaleri” ordeni, Macarıstanın xidmətlərə görə "Komandor Xaçı” ordeni, Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə Serbiya Respublikasının yüksək dövlət mükafatı - "Sreten” ordeni bunu bir daha təsdiqləyir.

Mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsindəki xidmətlərinə görə UNESKO-nun "Qızıl Motsart” medalı ilə təltif edilən birinci xanım, 2011-ci il iyunun

24-də Brüsseldə Krans Montana Forumunun "Qızıl medalı”na layiq görülüb. Medal həmin il oktyabrın 7-də Fransanın (sabiq) Prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfəri zamanı Mehriban Əliyevaya təqdim edilib.

2012-ci il fevralın 13-də Mehriban xanım Əliyevaya səhiyyənin, ətraf mühitin, sülhün və humanizmin qorunması ilə bağlı qlobal problemlərin həllinə verdiyi sanballı töhfələrə görə Rusiya Federasiyasının İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adı verilib. Elə həmin ildə humanitar fəaliyyətinə görə MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən "Birlik Ulduzları” dövlətlərarası mükafatına layiq görülüb.


"Humanizm simvolu - 2012-ci ilin adamı”


Bu bir həqiqətdir ki, Heydər Əliyev Fondu bir çox ölkələrdə təhsil, səhiyyə və humanitar sahələrdə layihələr həyata keçirir. Belə ölkələrdən biri də Pakistandır. Fondun bu ölkədə həyata keçirdiyi layihələr Azərbaycan və Pakistan xalqlarının dostluq və qardaşlıq münasibətlərinin inkişafına töhfə verir, Pakistan dövləti tərəfindən yüksək qiymətləndirilir. Pakistanın nüfuzlu "Daily Times” qəzeti və Qadın Könüllülər Təşkilatı Mehriban Əliyevanı Heydər Əliyev Fondunun 2012-ci ildə bu ölkənin bütün əyalətlərində keçirdiyi humanitar aksiyalara, o cümlədən təhsil və səhiyyə sahəsində gördüyü işlərə görə "Humanizm simvolu - 2012-ci ilin adamı” elan etməsi, 2013-cü il dekabrın 27-də "Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülməsi bunu təsdiqləyən reallıqdır.


"Heydər Əliyev” ordenli Birinci vitse-prezident


Təhsil, mədəniyyət, səhiyyə sahəsi ilə yanaşı, Birinci vitse-prezidentin Azərbaycanda idmanın inkişafında da səmərəli, uğurlu fəaliyyəti diqqət çəkib. I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər müxtəlif yarışların təşkilati işlərinə rəhbərlik edən Mehriban xanım Əliyevanın ortaya qoyduğu nümunə Azərbaycanın həm də idman ölkəsi olduğunu dünyaya çatdırıb.

Prezident İlham Əliyev 2015-ci ildə mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban xanımı ölkənin ən ali mükafatı olan "Heydər Əliyev” ordeni ilə təltif edib. Həmçinin Mehriban xanım Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Ordenə layiq görülüb.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasının Provaslav Kilsəsi və Həştərxan vilayəti ilə səmərəli əməkdaşlıq əlaqələri də mövcuddur. Fond Həştərxanda bir sıra iri layihələr reallaşdırıb. Misal kimi Ümummilli Lider Heydər Əliyevin adını daşıyan 11 saylı məktəbi, uşaq bağçasını, "Dostluq” körpüsünü, uşaq əyləncə şəhərciyini, knyaz Vladimir abidəsini göstərə bilərik. Məhz bu xidmətləri nəzərə alan Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə Mehriban xanım Əliyevanı "II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa” ordeni ilə təltif edib.

Bundan başqa, Mehriban Əliyevaya ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyi töhfələrə görə Rusiyanın "Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç” ordeni verilib.

Mehriban xanım Əliyevanın nurlu ideyaları, uğurla reallaşdırdığı möhtəşəm xeyriyyəçilik missiyası onu bütün dünyada xeyirxahlıq mələyi kimi tanıdır, milyonların sevimlisinə çevirir. Onun uğurla apardığı xeyriyyəçilik missiyası Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu təsdiqləyir.

Bu gün Azərbaycanın dünyada tanıdılması işində Mehriban Əliyeva əvəzsiz rola malikdir. Erməni lobbisinin və antiazərbaycançı qüvvələrin ölkəmizə qarşı yaratdığı mənfi stereotiplərin dağıdılması, Azərbaycan barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Birinci vitse-prezidentin milli maraqlarımıza əsaslanan fəaliyyəti ölkəmizin dünyada sülhün və firavanlığın carçısı kimi tanınmasında çox böyük rol oynayır.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM