Alternative content

04:44 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın ümumbəşəri sülh və dialoqa verdiyi töhfə - tolerant və multikultural mədəniyyət nümunəsi
Azərbaycanın ümumbəşəri sülh və dialoqa verdiyi töhfə - tolerant və multikultural mədəniyyət nümunəsi
ANA SƏHİFƏ / SİYASƏT
01:17 27.11.2019


Bir xalqın ruhu, mənəviyyatı onun mədəniyyətində, tarixində təzahür edir. Qurduğu dövlətin etibarlılıq və güvənlilik dərəcəsi isə bu mental əsaslara söykənən prioritet inkişaf istiqamətlərindən, başqa dövlətlərə qarşı sərgilədiyi münasibətlərdən asılıdır.

Belə dövlətlərlə əməkdaşlıq etmək, dialoq qurub birgə layihələrə imza atmaq istəyənlər gündən-günə çoxalır. Nəticədə bir xalqdan, bir dövlətdən başlanan sülh prosesləri şəbəkə kimi bütün dünyaya sirayət edir. Belə başlanğıc nöqtələrindən biri də bu gün üzv olduğu meqalayihələrlə evsahibliyi etdiyi mötəbər tədbirlərlə, zirvə toplantıları ilə özünün güvən və etibar göstəricilərini artıran, möhkəmləndirən Azərbaycandır.

Dünya dini liderlərinin noyabr ayının 14-15-i tarixlərində keçirdiyi II Bakı Sammiti dediklərimizin daha bir sübutudur. Beş qitədən

70-dən artıq dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçilərinin, bir çox nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsinin iştirak etdiyi Zirvə toplantısı tarixi bir faktı təkrar təsdiqlədi. Belə ki, dünyada qarşıdurmaların az qala pik həddə çatdığı bir vaxtda Azərbaycan ən fərqli dinləri, fərqli marağı olan dövlətləri eyni masa arxasında eyni dəyərlərin müzakirəsinə və müdafiəsinə toplaya bildi və bununla əmin-aman, yalnız sülh arzulayan bir dövlət olduğunu əməli ilə göstərdi. Bəs Azərbaycanın dünyada artıq sabitləşmiş bu simasının səbəbləri, kökləri nədir?!


Tarix və müasirliyin kəsişdiyi məqam


Azərbaycan həmişə yalnız coğrafi baxımdan deyil, həm də daxilən müxtəlifliyin beşiyi olub. Qərblə Şərqin qovuşduğu bu məkan həm də çoxsaylı dinlərin və xalqların vətəni idi və bu fakt onun tarixində, taleyində, mədəniyyətində, eyni zamanda təfəkküründə də özünü göstərib. Sovet imperiyasının - qapalı bir siyasi sistemin tərkib hissəsi olanda, dəmir bir çərçivə daxilində düşünüb var olmağa məcbur ediləndə bir çox ziddiyyətli məqamlar o dərəcədə hiss olunmayıb. Müstəqillik qazanandan sonra isə Azərbaycanın üz-üzə durduğu və təxirə salınmadan həll etməli olduğu əhəmiyyətli məsələlərdən biri də məhz bu oldu - ləğv edilməsi mümkün olmayan ziddiyyətlərin vəhdətini tapmaq. Ən vacibi müstəqilliyinin davamlı olması naminə dövləti daha da gücləndirmək üçün bu vəhdətdən istifadə etmək.

Azərbaycanın mental əsasları ilə mədəniyyətlər və dinlərarası dialoqlarda tutduğu mövqe arasında sıx bir əlaqə mövcuddur. Qurduğu cümhuriyyətin, qaldırdığı bayrağın 100 illiyini qeyd etməklə yanaşı, xalq həm də müstəqilliyinin bərpasının 28-ci ildönümünü qeyd edir. Eyni simada həm qoca müdrikliyi, həm də gəncliyin yeniliyə meyli, cəsarəti ehtiva olunub. II Bakı Sammitində Prezident İlham Əliyev qeyd edir: "Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda və eyni zamanda ənənəvi dəyərlər ruhunda tərbiyə alır”. Bəli, Azərbaycanın uğurunun kökü məhz bundadır: çoxəsrlik kökü üzərində sabit dayanmış bir xalq dünyanın modern çağırışlarına nəinki rahatlıqla cavab verə bilir, üstəlik özü də cəsarətli dialoqlar təklif edib, uğurlu addımlar atır.


İmanın verdiyi güc


Azərbaycanın bugünkü yüksək özgüvəninin daha bir səbəbi isə onun əqidəsidir. Prezident İlham Əliyev Dünya dini liderlərinin II Sammitinin açılış mərasimində belə bir vacib faktoru vurğulayır: "Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. Bizim qədim tariximizi əks etdirən, o cümlədən bizim dini abidələrimizdir. Bizim dini abidələrimiz, ilk növbədə, onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər tərəfdən onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar”. Bəli, çoxəsrlik Azərbaycan torpağının neçə dinə evsahibliyi etdiyini yalnız burada inşa edilmiş dini abidələrdən, daş kitabələrdən, xalı naxışlarından, inşaat üslublarından, musiqi notlarından bilmək mümkündür. Biz mədəniyyət faktorunu təsadüfən vurğulamırıq. Məsələ burasındadır ki, mədəniyyətin şedevr inciləri məhz sülh şəraitində - ruhun yaradıcılıq məqamında yaranır. Yalnız mənəvi gərginlikdən uzaq halda xalq ruhən inandıqları ilə yaşayıb-yarada bilir. Başqa sözlə desək, maddi dünyada zorən qəbul etdirilən bir şey, hər nə qədər gözəl olsa da, heç vaxt onun ruhunda əks oluna bilməz.

Səmavi dinlər, inanclar arasında sonuncu, eyni zamanda əvvəlki dinlərin ən mütərəqqi ideyalarını da özündə ehtiva edən islam dini Azərbaycanın taleyində xüsusi yer tutur. Təbii ki, burada söhbət yalnız yeni dinin təfəkkürlərə, mədəniyyətə təsirindən deyil, həm də bu millətin islam mədəniyyətinə, elminə verdiyi nəhəng və dəyərli töhfələrdən gedir. Bu mövzu kifayət qədər araşdırılsa da, hələ də araşdırılmasını gözləyən məqamları vardır. Biz isə diqqəti nisbətən fərqli bir tərəfə yönəltmək istərdik - bugünkü Azərbaycanın sabit simasının formalaşmasında islamın roluna.

Üçrəngli bayrağımızdan da bəlli olduğu kimi, islam Azərbaycanın inkişaf istiqamətində daim sadiq qaldığı 3 xətdən biridir. Bəs bu hansı xətdir?! Məlum olduğu kimi, "Qurani-Kərim” milliyyətindən, kimliyindən asılı olmadan hər kəs üçün nazil olunub. Buna görə də o, ümumbəşəri dəyərləri və bütün güclərdən üstün olan ilahi ədaləti təbliğ edir. "Sizin dininiz sizə, mənim dinim də mənədir!” (Quran 109/6) deyə vurğulayan ilahi mətn mütləq şəkildə din və əqidə azadlığını dəstəkləyir. Deməli, Azərbaycanın bayrağında ön planda ümməti - Allaha imanı olanların birliyini tutan, eyni zamanda digər inanclara xoşgörülüklə yanaşan bir din simvolizə olunub. Belə olan halda, Azərbaycanın istər dinlərarası dialoqlara evsahibliyi etməsi, istərsə də, digər inanca xidmət edən millətlər üçün vətən olması təəccüb doğurmamalıdır. Yenə də tarixə istinadən xatırladaq ki, Azərbaycan dünyanın qədim dinlərindən olan zərdüştliyin vətənidir, xristianlıq bu torpaqlarda çox erkən yayılıb və öz ölkəsində sərt təqiblərə məruz qalan rahiblər məhz burada rahat dini təbliğatla məşğul ola biliblər. Qafqaz Albaniyasının qədim kilsəsinin, atəşpərəstlik məbədinin, katolik, pravoslav kilsələrinin mövcudluğu qədimdə olduğu kimi, bu gün də eyni xoşgörünün varlığından xəbər verir. Başqa sözlə desək, Azərbaycan şəklindən, üsulundan, yəni zahiri fərqindən asılı olmadan Uca Yaradana, ilahi ədalətə inanan hər kəs üçün müqəddəs torpaq - Ana Vətən ola bilib və bu gün də həmin dəyərini qoruyub saxlayır.

Əhəmiyyətli bir faktı da vurğulamaq yerinə düşər ki, hazırda bəzi qüvvələr israrla islamın adına ləkə gətirib, onu az qala bəşəriyyətə təhlükə kimi göstərməyə çalışdığı bir vaxtda Azərbaycan tolerant və sivil bir yolla dünya ictimaiyyətinə öz nümunəsində əsl həqiqəti göstərir. İstər 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları, istərsə də beynəlxalq dinlərarası forum və zirvə toplantıları olsun, bu hadisələrdən hər biri islamın sülhpərvər, mütərəqqi mahiyyətini açıqlayır və dünya ictimaiyyətinə bu çağırışlarla səslənir. Prezident İlham Əliyev Zirvə toplantısında etdiyi məruzənin sonunda deyir: "Mən əminəm ki, bu Zirvə görüşünün çox böyük əhəmiyyəti olacaq və Bakıdan səslənən mesajlar lazımi ünvana çatacaq. Hesab edirəm ki, əsas istiqamətlərdən biri dini ayrı-seçkiliyə yol verməmək, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi-dini abidələri dağıtmamaq və ənənəvi dəyərləri təbliğ etməkdir. Hesab edirəm ki, dediyim bu məsələlər Azərbaycanın bu istiqamətdəki siyasətini əks etdirir. Əminəm ki, Zirvə görüşünün nəticələri bu istiqamətdə atılmış növbəti addım olacaqdır”. Bəli, özünün dərin imanı olan başqalarının da imanına, əqidəsinə hörmətlə yanaşar. Azərbaycan dünyaya məhz bunun nümunəsini göstərir.


Milli ruhun verdiyi güc


Azərbaycanın sabit mövqeyinin formalaşmasında rol oynayan daha bir amil isə milli ruhdur. Müqəddəs və qarşısında hər kəsin sevə-sevə diz çökməyə hazır olduğu üçrəngli bayrağımızda əks olunan bu fakta qədim eposun prizmasından baxaq. "Kitabi-Dədə Qorqud”da yazıldığına görə, dəmir qapı Dərbənddən tutmuş türkmən ellərinə qədər gedib çıxan "24 sancaqlı oğuz eli” qara günü də, ağ günü də el birliyi, dil birliyi ilə yaşayıb. Bu "24 sancaq” bu gün də vahid bayraq altında toplanıb. Tarixə istinadən təqribən belə bir struktur təyin etmək mümkündür: xalqın nüvəsini təşkil edən lider millət - türklər, sonra həm sayca çox olan, həm mənən hakim millətə yaxın, həm də bu torpaqlarda kifayət qədər qədim dövrdən gəlmiş millətlər, nəhayət, sayca az olan, bu torpaqlara nisbətən sonrakı dövrdə gələn millətlər vahid bir xalq yaradıb. Bunların arasında öz dili, öz mədəniyyəti olmayan, yaxud unudulan azsaylı xalqlarla yanaşı, kifayət qədər qədim ənənəyə malik xalqlar da var ki, ümumi Azərbaycan mədəniyyətinin formalaşmasında onlardan hər birinin öz rolu, öz əhəmiyyəti, öz səsi mövcuddur. Bəli, dövlət tərəfindən burada yaşayan hər xalqın mədəniyyəti qorunur. Nə onun üçün yeni dil kəşf edir, nə yeni ənənələr yaratmır, nə də başqasını qəbul etməyə məcbur etmir. Sadəcə mədəniyyətinə göstərilən qayğı ümumilikdə həmin xalqın varlığını qorumuş olur - var olana qayğı göstərərək onun identikliyini qorumuş olur.


Multikulturalizm - milli birliyin adı kimi


Dediklərimiz əslində, Prezidentin də qeyd etdiyi kimi, "Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasəti” olan multikulturalizmin mahiyyətinin şərhidir. Düzdür, bu, müasir termindir. Ancaq məqalənin əvvəlində qeyd etmişdik ki, Azərbaycan qoca müdrikliyi ilə yaşayan gənc bir dövlətdir. Multikulturalizm də qədim ənənəyə verilmiş müasir addır. Bir az geniş izah edək.

Birincisi, multikulturallıq Azərbaycan xalqına qədimdən mənsubdur. Bu, bir tərəfdən lider xalqın gücünə, digər tərəfdən xoşgörülüyünə dəlalət edir.

İkincisi, multikulturallıq daxili müxtəlifliyi vəhdətdə saxlamaqla yanaşı, xalqa yeni mədəniyyətlərə qarşı da güclü olmaq imkanı verir. Yəni daxili müxtəlifliyi vəhdətdə saxlaya bilmək bacarığı zahiri təsirlərə qarşı dözüm və güc formalaşdırır. Xatırladaq ki, müəyyən dövləti zəiflətməyin yollarından biri də daxili müxtəlifliyi ziddiyyət, qarşıdurma həddinə çatdırmaqdır. Bu vasitə ilə ölkədə vətəndaş müharibələri törədirlər və nəticədə həmin ölkənin ərazi baxımdan da parçalanmasına gətirə bilirlər. Yəni daxili müxtəliflikdən qanlı qarşıdurmaya olan məsafə o qədər az və o qədər həssasdır ki, istənilən ehtiyatsız siyasi addım, hətta bəyanat o sərhəddi ortadan qaldıra və dövləti çıxılmaz dalana sala bilər. Prezident İlham Əliyev deyir: "Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir”. Burada əhəmiyyətli bir məqamı biz də vurğulayaq: kimlərin isə təhlükə mənbəyi, saatlı bomba kimi qələmə verməyə çalışdığı amillər Azərbaycanın sərvətinə çevrilib. Səbəb isə, qeyd etdiyimiz özəyin və nüvənin sağlam qalması və dövlət səviyyəsində qorunmasıdır.

Üçüncüsü, xalqlar arasındakı müxtəliflik zəruri bir faktdır və onu nəzərə almadan münasibət qurmağın müsbət nəticəsi olmur. Eyni zamanda burada çox əhəmiyyətli bir məqam mövcuddur. Bir var dövlət tərkibindəki digər xalqları siyasət, iqtisadi təzyiq, yaxud humanitar yardım, bəzən hətta hərbi yolla idarə etmək. Buna misal olaraq Birləşmiş Ştatlarda yerli aboriqenlər yalnız xüsusi rezervlərdə yaşamaq hüququna malikdirlər, əks halda onlar fərqli şəkildə və formada cərimələnə, hətta cəzalana bilirlər. Daha bir nümunə kimi isə Avropada yerləşdirilmiş miqrantları göstərmək olar. Azərbaycanda isə vəziyyət fərqlidir. İstər uzaq Özbəkistandan, istərsə də, öz doğma torpaqlarından Azərbaycana üz tutmalı olan insanlara dövlət yalnız iqtisadi baxımdan deyil, mənəvi baxımdan da dayaq durmağa çalışır.


Nəticə


Bizim dediklərimiz mövcud durumun alt, mental qatıdır. Bir millətin, qurduğu dövlətin özünü güclü hiss etməsi üçün hər şeydən əvvəl onun mənən, ruhən güclü olması vacib bir şərtdir. Biz də məhz bu səbəbləri şərh etdik. Belə olan halda növbəti sual yaranır: bu mənəvi gücün təzahürü nədir? Təzahürü bu gün xarici dövlət və mötəbər təşkilatların əməkdaşlığa can atdığı, gənc olmağına baxmayaraq öz sözü və inkişaf xətti olan, Azərbaycan Prezidentinin də vurğuladığı kimi, "Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılmışdır və bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Tədbirlərin bəziləri ənənəvi xarakter daşıyır. Məsələn, Bakı Humanitar Forumu ənənəvi olaraq keçirilir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən dəstəklənir. BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Zirvə görüşləri, yəni bütün bu tədbirlərin bir məqsədi var - dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək və beləliklə, dünyada gedən müsbət proseslərə öz töhfəmizi verməkdir”.

Deyilənlərdə incə və çox əhəmiyyətli bir məqam da vurğulanmalıdır: Azərbaycan dünyada az qala təsdiqlənmiş anlayışlara yeni məzmun verməyi, yeni başlanğıc olmağı bacarır. Yəni özünün inanıb tətbiq etdiyi bir istiqaməti, inkişaf xəttini başqa ölkələrə də qəbul etdirə bilir.


Könül BÜNYADZADƏ,

AMEA-nın müxbir üzvü



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM