26 Noyabr 2019 17:38
1206
Təhsil
A- A+

Azərbaycan ilə Türkiyənin təhsil əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib


Təhsil naziri Ceyhun Bayramovun dəvəti ilə Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Yekta Saraç Azərbaycanda səfərdə olub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər düzülüb, şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib.

Sonra Yekta Saraç rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Azərbaycan Dillər Universiteti tərəfindən təşkil edilən tədbirdə iştirak edib. Tədbirdə Yekta Saraça universitetin fəxri doktoru adı verilib.

Daha sonra Təhsil naziri Ceyhun Bayramov ilə Yekta Saraç arasında ikitərəfli görüş keçirilib. Görüşdə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”na istinad edilərək iki ölkənin ali təhsil müəssisələri arasında sıx əlaqələrin olduğu vurğulanıb, bu əlaqələri daha da genişləndirmək məqsədilə ali təhsil sahəsində hər iki ölkənin mövcud problemləri və gələcək inkişaf perspektivləri müzakirə edilib, əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.

Noyabrın 26-da Bakı Dövlət Universitetinin (BDU) 100 illiyinə həsr olunmuş tədbirdə çıxış edən Yekta Saraç BDU-nun Azərbaycan-Türkiyə ali təhsil müəssisələri arasında əlaqələrin qurulmasında rolunu xüsusi vurğulayıb və ali təhsil müəssisəsinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video