26 Noyabr 2019 16:44
577
DÜNYA
A- A+

Rəcəb Tayyib Ərdoğan Türkiyəni dollardan imtina etməyə çağırıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əhalini və ölkənin işgüzar dairələrini dollardan imtina edərək hesablaşmalarda lirədən istifadə etməyə çağırıb.

AZƏRTAC Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu barədə parlamentdə çıxışı zamanı deyib. "İqtisadiyyatımızda bərpa işləri tam gücü ilə davam edir. Bütün rəqəmlər bunu göstərir. Bizə isə hələ də batdığımızı deyirlər. Dollardan üz çevirərək valyutamıza tərəf dönək. Türk lirəsi artıq ucuzlaşmır”, - deyə prezident bildirib.

Rəcəb Tayyib Ərdoğan əhalini bu yolla milli qürur və vətənə qayğı göstərməyə çağırıb. Onun sözlərinə görə, vətənə inanan və ölkəyə pul yatıranlar qələbə qazanıb və qələbə qazanmağa davam edir.

Türkiyə son illər ticarət əməliyyatlarında, əsasən də xarici ticarət sahəsində dolların payını azaltmağa çalışır. Ankara hesablaşmalarda milli valyutaya keçid barədə planlı şəkildə hökumətlərarası sazişlər imzalayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video