26 Noyabr 2019 10:28
631
DÜNYA
A- A+

Böyük Britaniyada 39 cəsədin aşkarlandığı yük avtomobilinin sürücüsünün məhkəməsi keçirilib

Böyük Britaniyanın Esseks qraflığında 39 cəsədin aşkarlandığı yük avtomobilinin sürücüsü Moris Robinzonun işi ilə bağlı məhkəmə prosesinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, 25 yaşlı sürücü məhkəmə iclasına Belmarş həbsxanasından videobağlantı vasitəsilə cəlb edilib. Sürücü qanunsuz immiqrasiyaya kömək göstərdiyini etiraf edib. O, ötən il mayın 1-dən cari il oktyabrın 24-dək olan müddətdə qeyri-qanuni immiqrasiyaya kömək etdiyini və sui-qəsd hazırlamaqda günahkar olduğunu bildirib. Bununla yanaşı, M.Robinzon insan alverində də günahlandırılır.

Növbəti məhkəmə iclası dekabrın 13-də keçiriləcək.

Oktyabrın 23-də Böyük Britaniya polisi yük avtomobilində 39 nəfərin cəsədini aşkarlayıb. Belə ki, avtomobildəki 31 kişi və 8 qadın donaraq ölüb. Cəsədlərin aşkarlandığı soyuducuda temperatur -25 dərəcə olub. Araşdırmalar nəticəsində ölənlərin Vyetnam vətəndaşları olduqları müəyyənləşməyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video