25 Noyabr 2019 21:43
597
DÜNYA
A- A+

Ankarada S-400 zenit-raket komplekslərinin ilkin sınağı keçirilir


Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 25-də S-400 zenit-raket müdafiə komplekslərinin ilk sınağına başlayıb.

AZƏRTAC xəbər verir ki, test sınaqları Ankara vilayəti ərazisində keçirilir. Rəsmi məlumata görə, yoxlama prosesi çərçivəsində səmaya müxtəlif uçuş aparatları buraxılıb, o cümlədən F-16 qırıcı təyyarələri uçuşa qalxıb. Türkiyənin hərbçi mütəxəssisləri zenit-raket sistemləri və təyyarələr arasında əlaqənin vəziyyətini yoxlayıblar.

Sınaqlar noyabrın 26-da da davam etdiriləcək.

Qeyd edək ki, rəsmi Ankaranın sifarişi ilə Rusiyada Türkiyə üçün S-400 zenit-raket komplekslərinin tədarük edilməsi ABŞ başda olmaqla bəzi NATO üzvlərinin ciddi narazılığına səbəb olub. Bütün siyasi təzyiqlərə baxmayaraq, Türkiyə 2017-ci ildə Rusiya ilə imzaladığı S-400 "Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar məbləğində kredit sazişinin icrasından geri çəkilmədi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video