25 Noyabr 2019 17:49
542
DÜNYA
A- A+

Drezdendə zinət əşyaları kolleksiyaları ilə məhşur muzey qarət olunub


Almaniyanın Drezden şəhərində naməlum şəxslər Avropada ən iri zinət əşyaları kolleksiyasının saxlanıldığı "Yaşıl qübbə” muzeyini qarət ediblər.

AZƏRTAC Deutsche Welle teleradio kompaniyasına istinadla xəbər verir ki, bu barədə polis orqanları məlumat yayıb.

"Bild” qəzetinin məlumatına görə, cinayətkarlar əvvəlcə binanın elektrikini kəsib və muzeyə pəncərədən girərək bir sıra qiymətli əşyaları oğurlayıblar. Muzeyə milyon dollardan çox zərər dəydiyi bildirilir.

Qeyd edək ki, "Yaşıl qübbə” (Grünes Gewölbe) muzeyində qızıldan, gümüşdən, qiymətli daşlardan, fil dişindən və digər qiymətli materiallardan hazırlanan 3 minə yaxın eksponat saxlanılır. İkinci Dünya müharibəsi zamanında muzeyə ciddi zərər dəyib və onun eksponatları uzun müddət Drezdendəki Albertinum təsviri sənət muzeyində saxlanılıb. "Yaşıl qübbə” təmir-bərpa işlərindən sonra 2006-cı ildə yenidən fəaliyyətə başlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video