25 Noyabr 2019 17:16
793
Mədəniyyət
A- A+

Uşaqlara sevinc verək!


"Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər” İctimai Birliyi Azərbaycan Uşaqlar Birliyinin sığınacağında məskunlaşmış kimsəsiz uşaqlara dəstək məqsədilə Bakı şəhərinə bir günlük "Uşaqlara sevinc verək!” adlı tur-aksiya təşkil edib.

AZƏRTAC xəbər verir ki, mədəni, maarifçi məzmun daşıyan əyləncəli aksiyada kimsəsiz uşaqlar İçərişəhərdə yerləşən Şirvanşahlar sarayında olublar. Uşaqlara İçərişəhər və Şirvanşahlar sarayı və onun tarixi haqqında ətraflı məlumat verilib. Maraqlı bir gün keçirən uşaqlar daha sonra Bakı Dövlət Sirkinin təşkil etdiyi "Water Land” adlı iki saatlıq möhtəşəm lazer və fəvvarələr şou proqramını izləyiblər. Proqramdan sonra uşaqlar hədiyyələrlə sevindirilib.

"Azərkitab”da tur-aksiya ilə bağlı təşkil olunan tədbirdə təşkilatın idarə heyətinin sədri Səbuhi Zaman göstərdikləri sosial təşəbbüsdə onlara dəstək olan şəxslərə minnətdarlığını bildirib və bu kimi xeyriyyə tədbirlərinin davamlı olacağını vurğulayıb. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın sosial layihələrə, xüsusən də ehtiyacı olan azyaşlı, kimsəsiz uşaqlara göstərdikləri diqqət və qayğıdan söz açıb.

Sonda təqdimatın keçirilməsi üçün şərait yaratdığı üçün "Azərkitab”ın rəhbəri Misirxan Həsənova "Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər” İctimai Birliyi adından təşəkkürnamə plaketi təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video