25 Noyabr 2019 17:00
517
DÜNYA
A- A+

Avropada əlverişsiz hava insan tələfatına səbəb oldu


Leysan yağışları Fransanın cənubunda və İtaliyanın şimal-qərb regionlarında daşqınlara və dağıntılara səbəb olmuşdur. Bu barədə "Röyter” agentliyi xəbər verir.

Fransanın cənubunda əlverişsiz hava şəraiti nəticəsində üç nəfər həlak olmuş, bir nəfər itkin düşmüşdür. Nitsa ilə Tulon şəhərləri arasında qatarların hərəkəti bir neçə dəfə dayandırılmışdır. Məcralarından çıxmış çaylara görə bir çox yollar bağlanmışdır.

İtaliyanın Liquriya regionunda Savon şəhərinin yaxınlığında avtomobil körpüsünün 30 metrlik sahəsi dağılmışdır. Buna torpaq sürüşməsi səbəb olmuşdur. İlkin məlumata görə tələfat yoxdur.Regionun hakimiyyət orqanları bildirmişdir ki, bir neçə gün davam etmiş yağışlar üzündən 370 nəfərdən çox adam ətraf dünyadan təcrid olmuş, 120 nəfər təxliyə edilmişdir.

Pyemont regionunun inzibati mərkəzi Turin şəhərində əlverişsiz havaya görə marafon ləğv edilmişdir. Belə ki, Po çayında suyun səviyyəsi kritik göstəriciyə çatmışdır. Genuyada məcrasından çıxmış Polçevera çayının suları bitişik rayonu basmışdır. Ötən il şəhərin həmin rayonunda körpü dağılmış, 43 nəfər həlak olmuşdur.

İtaliya Alplarında Aosta vadisində qar uçqunları nəticəsində 1000 nəfərdən çox adam ətraf dünyadan təcrid olmuşdur. Venetsiyada suyun səviyyəsi yenidən normadan artıq - 130 santimetr qalxmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video