Alternative content

04:03 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəhid ailələri və müharibə əlillərinin sosial problemləri ardıcıl həll olunur
Şəhid ailələri və müharibə əlillərinin sosial problemləri ardıcıl həll olunur
ANA SƏHİFƏ / SİYASƏT
00:19 24.11.2019


Dövlət şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial rifahının yaxşılaşdırılmasına xüsusi önəm verir. Pensiya və müavinətləri mütəmadi artırılır, minik avtomobili ilə təmin edilir, mənzillə təminatları unudulmur.

Bu il noyabrın 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış tam təmirli 50 mənzilin şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə verilməsi bunu bir daha təsdiq edir.

Xatırladaq ki, ötən il şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. Cari ildə həmin kateqoriyadan olan şəxslərin 934 mənzil və fərdi yaşayış evi ilə təmin edilməsi planlaşdırılıb.

Cari ildə bu kateqoriyadan olan insanlara 347 mənzil və fərdi yaşayış evi verilib. İlin sonunadək daha çox ailəni sevindirmək üçün yeni mənzillərin alınması və fərdi yaşayış evlərinin tikilməsi davam edir. Beləliklə, ilin axırınadək mənzil alacaq şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, eyni zamanda fərdi evlərlə təmin ediləcək bu kateqoriyadan olanların sayı daha çox olacaq.

Təkcə paytaxtda deyil, bölgələrdə yaşayan bu kateqoriyadan olan insanların da mənzil və fərdi evlərlə təmin edilməsi diqqət mərkəzindədir. Cari il noyabrın 9-da 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib. Həmin 41 fərdi yaşayış evi Hacıqabul, Ucar, İmişli, Qazax, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam və Zərdab rayonlarında tikilib. Bununla da şəhid və əlil ailələrinin bir qrupunun ev problemi həll edilib.

Növbəti belə tədbir noyabrın 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda və Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış mənzillərin bir qrup şəhid ailəsi və müharibə əlillərinə verilməsi olmuşdur. Qeyd edək ki, şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə nazirlik tərəfindən indiyədək 7040 mənzil və fərdi yaşayış evi verilmişdir.

Yeni mənzil alan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri dövlətin onların sosial müdafiəsinə göstərdiyi qayğıdan razıdırlar. Onlar şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə göstərdiyi yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Vurğulayaq ki, təqdim edilən bütün mənzil və fərdi yaşayış evlərində sakinlər üçün yüksək şərait yaradılıb. Bu istiqamətdə görülən işlər uğurla davam etdiriləcək.

Şəhid və Qarabağ müharibəsi əlilləri ailələrinə edilən güzəştlər təkcə mənzillə məhdudlaşmır. Prezident İlham Əliyevin qayğısı sayəsində şəhid ailələri üçün aylıq təqaüd 242 manatdan 300 manata çatdırılıb, müharibə əlilləri üçün sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. I qrup əlilliyi olanlara (o cümlədən I qrup müharibə və 20 Yanvar əlillərinə) qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü təsis olunub. Mənzillərlə yanaşı, indiyədək bu kateqoriyadan olan vətəndaşlara 6400-dək minik avtomobili verilib.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM