Alternative content

11:22 10 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:22 10.12.2019 Əbədiyaşar ömür
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mehriban dostluq, strateji tərəfdaşlıq daha da möhkəmlənir
Mehriban dostluq, strateji tərəfdaşlıq daha da möhkəmlənir
ANA SƏHİFƏ / SİYASƏT
00:17 24.11.2019


Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiya Federasiyasına səfəri ikitərəfli əlaqələrin inkişafına güclü impuls verdi


Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına və qlobal təhlükəsizlik məsələlərinə öz töhfəsini verən regional güc kimi qəbul edilir.

Son illər ölkənin dayanıqlı inkişafını şərtləndirən əsas faktorlardan biri isə qonşu dövlətlərlə siyasi-iqtisadi və humanitar əlaqələrin genişləndirilməsidir. Bu xüsusda Azərbaycanla Rusiya Federasiyası arasında inkişaf etməkdə olan hərtərəfli münasibətləri və dərinləşməkdə olan siyasi əlaqələri göstərə bilərik.

Müstəqil xarici siyasət yürüdən ölkə kimi Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri, dost və mehriban qonşu hesab edir. İki dövlətin başçıları arasında dostluq əlaqələri münasibətlərin dinamik inkişafına müsbət töhfə verir və cənab İlham Əliyevlə Vladimir Putin ölkələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiblər. Mübaliğəsiz demək olar ki, bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir. İki ölkə ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edir. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycanın regionları arasında əlaqələr səmərəli və dinamik inkişaf edir.

Dövlət başçılarının qarşılıqlı işgüzar səfərləri bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verir.

Bu səfərlər zamanı ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilir, əsas beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılır və sosial-iqtisadi, humanitar əlaqələrin daha da şaxələndirilməsi istiqamətində forumlar keçirilir, sazişlər imzalanır.

Elə noyabrın 21-22-də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri də bu məqsədlərə xidmət edirdi. Azərbaycan-Rusiya əlaqələrinin kompleks inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan bu səfər iki ölkə arasında siyasi və iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində mühüm önəm kəsb edir. Keçirilən yüksəksəviyyəli ikitərəfli görüşlər bunun əyani təzahürü oldu.

Noyabrın 21-də Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedyevlə, noyabrın 22-də isə Prezident Vladimir Putinlə keçirilən görüşlərdə iki ölkə arasında hərtərəfli əlaqələrin getdikcə daha da şaxələndiyi vurğulandı.

Rusiyanın dövlət başçısının Novo-Oqaryovadakı iqamətgahında keçirilən görüşdə Vladimir Putin avqustun 13-də imzaladığı fərmana əsasən "Dostluq” ordeni ilə təltif etdiyi Azərbaycanın Birinci vitse-prezidentinə dövlət mükafatını təqdim etdi. Bu, əlbəttə ki, dünyada ən işgüzar birinci xanım kimi tanınan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə verilən növbəti böyük qiymətdir. Azərbaycanın yüksək dəyərlərini, humanizm prinsiplərini beynəlxalq aləmə təqdimində əvəzsiz rol oynayan Mehriban Əliyeva genişmiqyaslı fəaliyyəti ilə dövlətlərarası dostluq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfələr verir.

Azərbaycan və Rusiya münasibətləri hazırda strateji tərəfdaşlıq səviyyəsindədir və məhz bu zəmində daha da inkişaf edir. İki ölkənin liderləri - cənab İlham Əliyevlə Vladimir Putin arasındakı qarşılıqlı hörmət və səmimiyyətə əsaslanan şəxsi münasibətlər isə əlaqələrin inkişafında böyük rol oynayır. Mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulan münasibətlər yeni inkişaf mərhələsindədir.

Elə Vladimir Putin də mükafatı təqdim edərkən vurğuladı ki, bu orden Mehriban xanımın Azərbaycanda ali vəzifəli şəxslərdən biri olduğuna görə yox, onun fəaliyyətinə, dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanmasına töhfəsi ilə bağlıdır: "Biz bunu çox yüksək qiymətləndiririk. Ordenin adı Sizin Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafı üçün gördüyünüz işləri əks etdirir. Onun adı belə də səslənir: "Dostluq” ordeni. Sizin işinizə görə və bu dostluğa görə çox sağ olun”.

Azərbaycanın Birinci vitse-prezidenti isə Rusiya Federasiyasının Prezidentindən bu cür qiymət eşitməyi böyük şərəf kimi dəyərləndirdi: "Bu, mənim Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətimə verilən yüksək qiymətdir”.

Onu da vurğulamalıyıq ki, Mehriban xanım Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinə və xalqlar arasında dostluğun möhkəmlənməsinə verdiyi töhfələrə görə bundan öncə də ali mükafatlarla təltif edilib. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç” ordeninə layiq görülən Mehriban xanım Əliyeva həmçinin Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill tərəfindən "II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa” ordeni ilə təltif edilib. 2013-cü ildə Mehriban Əliyevanın himayədarlığı ilə Həştərxanda Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılıb.

Göründüyü kimi, Mehriban xanım Əliyeva da strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi işinə böyük töhfə verir.

Rusiya Prezidenti ilə görüşdə Mehriban xanım bir daha hər iki dövlət başçısı arasındakı dostluq əlaqələrinə nəzər yetirərək cənab İlham Əliyevin hər zaman Rusiya ilə münasibətləri çox yüksək qiymətləndirdiyini diqqətə çatdırdı. Onun fikrincə, cənab Vladimir Putinlə Prezident İlham Əliyev arasında müntəzəm görüşlər ikitərəfli əlaqələrin çoxvektorluğunu və dinamizmini müəyyən edir.

Görüşdə həmçinin vurğulandı ki, Rusiya Federasiyası ilə münasibətlər Azərbaycanın xarici siyasətində çox mühüm yer tutur. Bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə edilir. Dövlətlər səviyyəsində müntəzəm siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir.

Humanitar sahədə münasibətlərə xüsusi olaraq toxunan Mehriban xanım Əliyeva hesab edir ki, bu münasibətlər nümunəvidir. Çünki bu gün Azərbaycanda rus mədəniyyətinə, rus dilinə çox böyük hörmət bəsləyirlər. Paytaxt Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Moskva Dövlət Birinci Tibb Universitetinin filialları çox uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə həyata keçirilməsinə başlanıb. Azərbaycanda 338 məktəbdə tədris rus dilində aparılır, 14 dövlət ali məktəbində rusdilli bölmə fəaliyyət göstərir. Rusiyada 11 min azərbaycanlı tələbə təhsil alır və əlbəttə ki, Azərbaycanın çoxminlik rus icması ölkəmizin ümumi inkişafına öz layiqli töhfəsini verir.

Azərbaycan Prezidenti ilə böyük etimada əsaslanan mehriban münasibətlərinin formalaşdığını söyləyən cənab Vladimir Putin isə humanitar əlaqələrin inkişafını çox yüksək qiymətləndirdi: "Həqiqətən bu, keçmiş Sovet İttifaqı ölkələrindən, keçmiş Sovet İttifaqı respublikalarından biridir ki, orada, - biz bunu hiss edirik, - rus mədəniyyətinə, rus dilinə münasibət ən yüksək səviyyədə saxlanılır. Bilirəm ki, Siz şəxsən bu işdə daim fəal iştirak edirsiniz. Prezident də bunu dəstəkləyir. Biz bunu çox yüksək qiymətləndiririk. Ona görə ki, bu baza bizim bütün başqa istiqamətlərdə münasibətləri, o cümlədən iqtisadi və humanitar əlaqələri sözün geniş mənasında inkişaf etdirməyə imkan verir. Buna görə biz Sizə çox təşəkkür edirik və öz tərəfimizdən bu trendi dəstəkləmək üçün nə lazımdırsa edəcəyik”.

Rusiya Prezidenti hesab edir ki, bu, iki ölkənin ümumi sərvətidir. Ona görə ki, bu, insanların öz aralarında hər hansı sədlər və maneələr olmadan ünsiyyət saxlamalarına, həm şəxsiyyətlərarası, həm də dövlət səviyyəsində münasibətləri inkişaf etdirməyə imkan verir.

Birinci vitse-prezident Mehriban Əliyeva isə gələcəkdə bu sahəyə daha çox diqqət yetirməyin vacibliyini vurğuladı.

Rusiya Hökumətinin sədri Dmitri Medvedyevlə keçirilən görüşdə isə iki ölkə arasındakı iqtisadi münasibətlər müzakirə mövzusu oldu. Mehriban xanım Əliyeva iki ölkə arasında iqtisadi əlaqələrin getdikcə daha da genişləndiyini bildirərək Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu, qeyri-neft məhsullarının idxalı üzrə birinci yer tutduğunu söylədi.

Qeyd edildi ki, iki ölkə arasında əmtəə dövriyyəsi artır. Ötən il 19 faiz artım olub və 2,6 milyard dolları təşkil edib. Bu ilin 9 ayında isə artım 24 faizə çatıb. Bundan başqa qarşılıqlı sərmayə qoyuluşu artır. Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə qoyub. Mühüm olan odur ki, hökumətlərarası komissiyanın təhlilinə görə, bu potensialdan tam şəkildə istifadə edilməyib, daha

2-3 dəfə artım mümkündür. Rusiyadan Azərbaycana səyahət edən turistlərin sayı artır. Ötən il 900 min rusiyalı Azərbaycanda olub. Bu il də həmin göstəricinin artacağı gözlənilir.

Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin ən sadiq silahdaşı kimi dövlətin müstəqilliyinin əbədiliyinin və dönməzliyinin təmin olunmasında bütün səy və bacarığını ortaya qoyan Mehriban xanım Əliyeva beynəlxalq əlaqələrin möhkəmlənməsinə müsbət töhfəsini verir. Azərbaycan həqiqətlərinin tanınması və qəbul edilməsi istiqamətində görülən işlər son dövrlər məhz Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti kimi məqsədyönlü fəaliyyəti nəticəsində daha geniş vüsət alıb.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM