23 Noyabr 2019 20:16
564
Məktublar
A- A+

Livan İslam Sammitinin baş katibi, İslam-Xristian Milli Komitəsinin baş katibi,Nyu-York “Sülh uğrunda din” təşkilatının rəyasət heyətinin üzvü, “KAİCİİD”in idarə heyətinin üzvü, Amman Al Əl-Beyt təşkilatının idarə heyətinin üzvü, Əbu-Dabi İslam Cəmiyyətlərində Sülhün Möhkəmləndirilməsi Forumunun katiblər heyətinin üzvü Dr.Məhəmməd Əs-Səmmakdan

 
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident,

Gözəl Bakı şəhərində, vəfalı xalqınızın qonaqpərvərliyi şəraitində keçən və Sizin də açılışını etdiyiniz Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edən Livan müsəlman və xristian nümayəndə heyəti adından Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin rəhbərliyi ilə bütün millətlərin din və mədəniyyət nümayəndələri arasında Azərbaycanın tanışlıq, dialoq və anlaşma körpüsü qurmasına görə Zati-alinizə təşəkkür və rəğbətimizi bildirməkdən şərəf duyuram.

Cənab Prezident, icazə verin, xüsusilə İslam cəmiyyətlərinin və ümumilikdə bütün bəşəriyyətin ehtiyac duyduğu bu müsbət və konstruktiv rolun əhəmiyyətinə görə Sizə yüksək ehtiramımızı ifadə edim. Bu, münaqişə və iğtişaşların hökm sürdüyü, başqalarına qarşı ekstremizm, zülm və zorakılıq hallarının yayıldığı dünyada ən çətin və nəcib roldur.

İştirak etməkdə şərəf duyduğumuz sammit boyunca bu hallarla mübarizədə Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin müdrikliyi və uzaqgörənliyi, hamının yanında qazandığı hörmət ilə tutduğu yolun əhəmiyyətini və zəruriliyini dərk etdik.

Zati-aliləri, mən və bütün yoldaşlarım Şeyxülislamın hamımıza böyük hörmət bəslədiyini hiss etdik. Biz onunla mədəniyyətin, məhəbbətin yayılmasında, Allahın da bizdə görmək və qiyamət gününə kimi qalmasını istədiyi müxtəlifliyə ehtiram bəsləmək istiqamətində birgə iş görürük.

Həmçinin hiss etdik ki, bu, nəcib əxlaqi dəyərlərə riayət etməyə, dəyərləriniz və gözəl idarəetmə missiyanızla müəyyənləşən bu ali bəşəri missiyaya olan bir hörmətdir.

Zati-aliləri, insanlar arasında məhəbbət, ehtiram və sülh bayrağını qaldırmağa təşviq edən konstruktiv rolunuza görə təşəkkürümü və yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm.


Dr.Məhəmməd Əs-Səmmak

Livan İslam Sammitinin baş katibi,

İslam-Xristian Milli Komitəsinin baş katibi,

Nyu-York "Sülh uğrunda din” təşkilatının rəyasət heyətinin üzvü,

KAICIID-in idarə heyətinin üzvü,

Amman Al Əl-Beyt təşkilatının idarə heyətinin üzvü,

Əbu-Dabi İslam Cəmiyyətlərində Sülhün Möhkəmləndirilməsi Forumunun katiblər heyətinin üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video