23 Noyabr 2019 20:14
646
Məktublar
A- A+

Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Feysəl bin Muammardan

 
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinin yüksək səviyyədə təşkil olunması münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Dünya liderləri və nümayəndələri tədbir zamanı aparılan müzakirələr və qəbul olunmuş bəyannamə ilə ekstremizm, ksenofobiya və diskriminasiyaya qarşı mübarizədə qlobal dialoqun və ümumbəşəri həmrəyliyin əhəmiyyətini bir daha vurğuladılar.

Bu Sammit, həmçinin iki əlamətdar hadisə - Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi ilə eyni vaxta təsadüf etdi. Allahşükür Paşazadə Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin İdarə Heyətinin çox hörmətli üzvüdür.

Təəssüflər olsun ki, din və müxtəlifliklə bağlı hadisələr bəzən icmalar arasında ümidsizliyə və dağıdıcı mənbələrə çevrilir. Halbuki həm din, həm də müxtəliflik ümumi cəmiyyətimizdə bizi birləşdirən həqiqət və fakt kimi qəbul olunmalıdır.

Məhz bu cür tədbirlər dinlərarası və sivilizasiyalararası dialoqun mədəniyyətlər arasında körpü rolunu oynaması və müasir dövrün problemlərinin həll olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Dialoq istər dini, istər mədəniyyət kontekstində Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin mandatının əsasını təşkil edir və təşkilatın məqsədi dünya dini liderləri və siyasətçilərini bir araya gətirərək dünyamızı narahat edən problemlərin həllində ortaq məxrəcin tapılmasıdır.

Mən, həmçinin fürsətdən istifadə edib, Sizinlə görüşümüz zamanı həlli vacib olan ortaq problemlərlə bağlı apardığımız məzmunlu müzakirələrə görə Sizə minnətdarlığımı bildirirəm. Bir daha qeyd etmək istəyirəm ki, dialoqun gücü həm bu gün, həm də gələcəkdə sülhə və tərəqqiyə, insan ləyaqətinə hörmət olunmasına aparan yeganə yoldur.

Sizə bir daha ən yüksək ehtiramımı bildirmək istəyirəm.


Feysəl bin Muammar

Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası

Dialoq Mərkəzinin (KAICIID) Baş katibi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video