23 Noyabr 2019 19:57
559
Məktublar
A- A+

Türkiyənin Diyanət İşləri Başqanı professor Dr. Ali Erbaşdan


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.

Hörmətli cənab Prezident.

Dünya dini liderlərinin II Bakı Sammitinə və Zati-alinizin yüksək təqdiri ilə şərəfləndirdiyi möhtərəm Şeyxülislam Allahşükür Paşazadənin 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi münasibətilə rəhbərlik etdiyim geniş tərkibli nümayəndə heyəti ilə noyabrın 14-17-də ölkənizə səfərim zamanı mənə və nümayəndə heyətimizin üzvlərinə göstərilən xoş münasibətə və qonaqpərvərliyə görə təşəkkürlərimi ifadə etmək istərdim.

Xüsusilə səfərimizin əvvəlindən ölkənizdən ayrılana qədər bizi müşayiət edən, dəyərli vaxtlarını ayıraraq bizi tək qoymayan əməkdaşlarınızın göstərdikləri nəzakəti təqdirlə qarşıladığımızı bildirmək istəyirəm. Düşünürəm ki, gözəl ölkənizə nümayəndə heyətimizlə etdiyim səfər həm qurumlarımız, həm də ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafına töhfə verəcək.

Fürsətdən istifadə edib Zati-alinizə Uca Allahdan cansağlığı və xoşbəxtlik diləyir, Sizin şəxsinizdə azərbaycanlı qardaşlarımıza sülh, əmin-amanlıq və rifah arzulayıram.

Dərin səmimiyyətlə,


Professor Dr. Ali Erbaş

Türkiyənin Diyanət İşləri Başqanı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video