23 Noyabr 2019 19:42
478
DÜNYA
A- A+

Yaponiyanın Naqoya şəhərində G20 ölkələri Xarici İşlər nazirlərinin görüşü keçirilib



Noyabrın 22-də Yaponiyanın Naqoya şəhərində G20 ölkələri Xarici İşlər nazirlərinin görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə "Böyük iyirmiliyin” xarici siyasət idarələrinin rəhbərləri dünya ticarətinin vəziyyəti, davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi, həmçinin Afrika ölkələrinin inkişafı məsələlərini müzakirə ediblər. Gündəliyə daxil edilən məsələlər sırasında Dünya Ticarət Təşkilatında (DTT) islahatlar və rəqəmsal şirkətlərin vergiyə cəlb edilməsi məsələləri də yer alıb.

Naqoya görüşündə G20-yə daxil olan ölkələrlə yanaşı, Vyetnam, Misir, İspaniya, Niderland, Yeni Zelandiya, Seneqal, Sinqapur, Tailand və Çilinin Xarici İşlər nazirləri də iştirak ediblər.

Görüşün ilk sessiyası zamanı Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi gələn il imzalanması planlaşdırılan Hərtərəfli Regional İqtisadi Tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.

Yapon nazir əlavə edib ki, G20 ölkələri nazirlərinin yekdil qərarına əsasən DTT-də islahatların aparılması zəruridir. Qeyd edib ki, DTT dünya ticarətinin təminatı üçün ən lazımlı strukturdur.

Bununla yanaşı, nazir rəqəmsal şirkətlərin vergiyə cəlb edilməsi üçün müvafiq sistemin yaradılmasının zəruriliyini də qeyd edib.

Görüşün yekunu ərəfəsində G20-yə sədrliyin Yaponiyadan Səudiyyə Ərəbistanına ötürülməsinə həsr edilmiş mərasim keçirilib. Növbəti sammitin gələn noyabrında Ər-Riyadda keçiriləcəyi bildirilir.

 

AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video