22 Noyabr 2019 23:01
511
SİYASƏT
A- A+

Azərbaycan UNESKO-nun iki köməkçi orqanına üzv seçilib


Parisdə UNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində qurumun bir sıra köməkçi orqanlarına seçkilər keçirilib.

AZƏRTAC xəbər verir ki, Şərqi Avropa qrupundan namizədliyini irəli sürmüş Azərbaycan Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CIGEPS) və Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurasının (IPDC) üzvü seçilib.

Qeyd edək ki, 1978-ci ildə əsası qoyulan CIGEPS-in əsas məqsədi idmanın rolu və dəyərini, onun dövlət siyasətinə daxil edilməsini təşviq etməkdir. Hökumətlərarası Komitəyə 4 il müddətinə seçilən ölkələr bu sahə üzrə texniki tövsiyələr verir, araşdırmalar aparır və siyasi tövsiyələri hazırlamaq üçün uğurlu təcrübələri müəyyənləşdirir.

IPDC isə inkişaf etməkdə olan ölkələrdə medianın inkişafını müzakirə və təşviq etmək məqsədilə beynəlxalq ictimaiyyəti səfərbər edən BMT sisteminin yeganə çoxtərəfli forumudur. Proqram media layihələrinə dəstək verməklə yanaşı, inkişaf etməkdə olan ölkələrdə azad və plüralist medianın inkişafı üçün sağlam bir mühitin təmin olunmasına çalışır.

Xatırladaq ki, UNESKO Baş Konfransının 40-cı sessiyası noyabrın 27-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video