22 Noyabr 2019 22:49
1066
Təhsil
A- A+

Firudin Qurbanov: Azərbaycanda rus dilində təhsil almaq imkanları genişləndirilir

Azərbaycanda tədrisin rus dilində aparıldığı 338 məktəb fəaliyyət göstərir ki, bu məktəblərdə 130 mindən çox şagird təhsil alır. Bununla yanaşı, üç mindən çox məktəbdə rus dili xarici dil kimi tədris olunur.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində "Humanitar sahədə əməkdaşlıq” mövzusunda təşkil olunan dəyirmi masada Azərbaycan tərəfindən moderator qismində çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib.

Rusiya Federasiyası ilə təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə danışan F.Qurbanov Azərbaycanda rus dilinə göstərilən qayğını xüsusi vurğulayaraq, bu dilin tədrisinin qorunub saxlanması və inkişafı, o cümlədən rus dilində təhsil almaq imkanlarının genişləndirilməsi üçün ölkəmizdə Təhsil Nazirliyi tərəfindən müvafiq işlərin görüldüyünü qeyd edib.

Məktəblilər arasında rus dilinə olan marağın artdığını vurğulayan nazir müavini 2008-ci ildən etibarən Təhsil Nazirliyinin dəstəyi ilə hər il ənənəvi olaraq keçirilən rus dili və ədəbiyyatı üzrə respublika olimpiadası barədə məlumat verib.

Rus dilinin tədris dili kimi ali təhsil müəssisələrində də geniş istifadə olunduğunu qeyd edən F.Qurbanov iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafı, Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının fəaliyyəti haqqında məlumat verib.

Sözügedən dəyirmi masada Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, AMEA-nın vitse-prezidenti İbrahim Quliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev, Gəncə Dövlət Universitetinin elm və texnika üzrə prorektoru Pərvin Kərimzadə, Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müşaviri Çingiz Əliyev və Azərbaycan Dillər Universitetinin Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri Məmməd Əliyev çıxış ediblər.

Tədbirdə, həmçinin Azərbaycanın digər ali təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video