22 Noyabr 2019 22:40
471
İQTİSADİYYAT
A- A+

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada bir sıra işgüzar görüşlər keçirib


Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 22-də Moskvada Rusiyanın sənaye və ticarət naziri Denis Manturovla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə 2019-cu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 25 faizdən çox artaraq 2,2 milyard ABŞ dollarına çatdığı bildirilib. Avtomobil və maşınqayırma sahələrinin ikitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən olduğunu qeyd edən tərəflər aviasiya sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, əczaçılıq sənayesi və digər sahələrdə əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Nazir Mikayıl Cabbarov Rusiya Federal Antiinhisar Xidmətinin rəhbəri İqor Artemyev ilə də görüşüb. Rusiyada antiinhisar xidmətinin fəaliyyət istiqamətləri və görülən işlər haqqında Azərbaycanın iqtisadiyyat nazirinə ətraflı məlumat verən İ.Artemyev bu sahədə ölkəmizin müvafiq qurumları ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.

Hər iki görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, habelə qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb. Mikayıl Cabbarov Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, biznes-investisiya mühiti, antiinhisar siyasəti sahəsində görülən işlər və sair barədə geniş məlumat verib, Rusiya-Azərbaycan əməkdaşlığının böyük potensialı olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı strateji əməkdaşlığın intensivləşdirilməsi, iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün hər iki dövlətin məsul qurumlarının səyləri artıracaqlarına əminlik ifadə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video