Türkiyənin Ərzincan vilayətinin Kemah rayonunda "Kıran-4” əməliyyatı çərçivəsində PKK terrorçularının 11 sığınacağı məhv edilmişdir. Bu barədə Ərzincan valiliyinin mətbuat xidməti məlumat vermişdir.
Jandarma əməkdaşları terrorçuların sığınacaqlarını Əcəmoğlu vadisindəki Dərəköy kəndində aşkar etmişdilər. Əməliyyata xüsusi təyinatlılar və istehkamçılar da cəlb olunmuşdular. Sığınacaqlarda tapılmış silah, döyüş sursatları, tikinti materialları və sənədlər müsadirə edilmişdir.
Sentyabrın 24-də başlamış "Kıran-4” antiterror əməliyyatı Türkiyənin Qars, Ağrı, İqdır və Ərzincan vilayətlərini əhatə edir. "Kıran” əməliyyatı avqustun 17-dən bəri hərbi aviasiyanın dəstəyi ilə ölkənin şərqində və cənub-şərqində keçirilir.