Alternative content

01:22 07 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
16:54 22.11.2019

Son bir neçə ildə Rusiya ilə Azərbaycan arasında iqtisadi, siyasi və mədəni sahələrdə münasibətlər intensiv inkişaf edir.

AZƏRTAC xəbər verir ki, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev bu sözləri Moskvada keçirilən Rusiya-Azərbaycan regionlararası forumunun gedişində AZƏRTAC-a müsahibəsində söyləyib.

O qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır.

D.Savelyev deyib: "Azərbaycan Rusiyanın ən etibarlı, mən deyərdim ki, yeganə etibarlı tərəfdaşıdır. Bu forumun Moskvada keçirilməsi bizim üçün çox vacibdir. Azərbaycan Moskvada keçirilən nəqliyyat forumunda da iştirak edib”.

Turizm sahəsində əməkdaşlığın vacibliyini qeyd edən rusiyalı deputat deyib: "Turizm ölkələrimiz arasında ikitərəfli münasibətləri möhkəmləndirməyə kömək edən çox mühüm sahədir. Azərbaycana səfər edən rusiyalıların sayı nə qədər çox olsa, onlar Azərbaycanı bir o qədər çox sevəcəklər. Ruslarda belə bir məsəl var: "On dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır”. Bir dəfə Azərbaycanda olan rusiyalılar sonra ona laqeyd qalmırlar. Bu, çox vacibdir”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM