Alternative content

00:28 07 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
ANA SƏHİFƏ / Elm və texnika
16:51 22.11.2019

Noyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) və bu ali məktəbin Tarix fakültəsinin 100 illik yubileylərinə həsr olunan elmi konfrans keçirilib. Konfrans Prezident İlham Əliyevin "Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov BDU-nun müsəlman Şərqində ilk Avropa tipli ali məktəb olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, universitet 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilib. Tarix fakültəsi də BDU-nun yaşıdıdır.

Yaqub Mahmudov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev BDU-nun Tarix fakültəsinin dünya şöhrətli məzunudur: "Biz I kursda təhsil alanda onun oxuduğu qrup BDU-nu bitirirdi. O zaman Ulu Öndər dövlət təhlükəsizlik orqanlarında çalışırdı. Bunun bizim hər birimiz üçün necə böyük əhəmiyyət kəsb etdiyini yaxşı anlayırdıq”.

Bildirilib ki, 80-ci illərin sonu - 90-cı illərin əvvəlində BDU-nun Tarix fakültəsi milli azadlıq hərəkatının mərkəzlərindən biri idi. Dekan olarkən Yaqub Mahmudovun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Beləliklə, universitetin adının dəyişdirilməsi haqqında ilk rəsmi qərar Tarix fakültəsinin Elmi Şurasında qəbul edilib. Daha sonra adın dəyişdirilməsi universitetin Böyük Elmi Şurasının qərarı ilə rəsmiləşib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM