Alternative content

06:09 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Çovdar”da 100 min ağac tingi yetişdiriləcək
“Çovdar”da 100 min ağac tingi yetişdiriləcək
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:48 22.11.2019

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) qiymətli və əlvan metal yataqlarının işlənilməsi istiqamətində fəaliyyət göstərən dağ-mədən şirkəti olaraq hasilat prosesi zamanı ətraf mühitə təsirin minimuma endirilməsi istiqamətində ardıcıl ekoloji tədbirlər həyata keçirməkdədir. Bu tədbirlərin davamı olaraq, cəmiyyət "Regional İnkişaf" İctimai Birliyi və İDEA İctimai Birliyi ilə birgə əməkdaşlıq çərçivəsində ətraf mühitin mühafizəsi istiqamətində yeni yaşıllaşdırma layihəsinin icrasına başlayır.

QSC-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Balakən rayonunda yerləşən meşə ərazisindən 500 kiloqramdan çox palıd qozası tədarük edilib. Palıd qozalarından ayrılan 100 mindən çox toxum "Çovdar” filiz emalı sahəsində tingliyin salınması üçün istifadə olunacaq. Hazırda 20 mindən çox toxum aqrotexniki qaydalara uyğun olaraq əkilib və əkim prosesi davam etdirilir. Layihənin məqsədi yaşıllaşdırma işlərinin həyata keçirilməsi ilə ətraf mühitin mühafizəsi, həmçinin mədən ərazilərində hasilat zamanı təbiətə potensial mənfi təsirlərin qarşısının alınmasıdır.

Tinglərin daimi yerinə köçürülməsini təmin etmək üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Qeyd edək ki, yetişdiriləcək palıd tingləri ağacəkmə aksiyalarında istifadə edərək təqribən 40 hektaradək ərazinin yaşıllaşdırılmasına imkan yaradacaq.

Xatırladaq ki, cəmiyyət ekoloji siyasət çərçivəsində öhdəliklərin yerinə yetirilməsi məqsədilə fəaliyyət göstərdiyi ərazilərdə ekoloji tarazlığın qorunması və bərpası istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və bu sahədə fəaliyyət göstərən digər aidiyyəti dövlət və özəl qurumlarla birgə davamlı işlər həyata keçirir. "Çovdar” filiz emalı sahəsində ekoloji monitorinq proqramına uyğun mütəmadi olaraq tozölçmə işlərinin həyata keçirilməsi, torpaq, su hövzələri və su tutarlarından götürülən nümunələr əsasında təhlillərin aparılması, eyni zamanda, istehsalat prosesi nəticəsində yaranan bütün növ tullantıların qanuna müvafiq şəkildə idarə olunması kimi tədbirlər "AzerGold” QSC tərəfindən reallaşdırılmaqdadır. QSC tərəfindən ekoloji siyasət çərçivəsində ətraf əraziləri tullantılardan təmizlənməsi üçün mütəmadi iməcilik aksiyaları keçirilir. Bu kimi tədbirlərin həyata keçirilməsi nəticəsində "Çovdar” filiz emalı sahəsində bugünədək 8000-dən çox ağac və kol əkilib, yaşıllıqlar salınıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM