Alternative content

14:01 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
13:31 22.11.2019
Energetika naziri Pərviz Şahbazov ABŞ-a səfəri çərçivəsində Prezident Donald Tramp tərəfindən Birləşmiş Ştatların Enerji katibi vəzifəsinə namizədliyi irəli sürülmüş Dan Brullet ilə görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə enerji sahəsində əməkdaşlığın, eləcə də Birləşmiş Ştatların Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə davamlı dəstəyinin iki ölkə arasında münasibətlərin inkişafına, regional və qlobal təhlükəsizliyə töhfələri müzakirə edilib.

Nazir nəhəng infrastruktur və enerji təhlükəsizliyi layihəsi olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyinin təqdirəlayiq olduğunu bildirib.

Görüşdə, həmçinin energetika sektorunda islahatlar prosesindən bəhs edilib. "Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Sərəncamı energetika sektorunda əsaslı dəyişiklikləri təmin edən strateji sənəd kimi qeyd olunub, bərpaolunan enerji sahəsinin inkişafı, enerji səmərəliliyi və liberal bazar modelinə keçidlə bağlı hazırlanan təkliflər, görülən işlər barədə məlumatlar diqqətə çatdırılıb.

D.Brullet isə "Əsrin müqaviləsi” imzalanan vaxtdan indiyə kimi Azərbaycanın Xəzəri dünyaya inteqrasiya edən çoxsaylı qlobal enerji təşəbbüslərini yüksək qiymətləndirib. Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyində mühüm rolunu vurğulayan ABŞ rəsmisi ölkəsinin bu layihə ilə yanaşı, Azərbaycanın islahat xarakterli yeni enerji siyasəti kursu ilə də əlaqəli mümkün dəstəyini və köməyini diqqətə çatdırıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM