Alternative content

15:17 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ rəsmiləri Vaşinqtonda Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayıblar
ABŞ rəsmiləri Vaşinqtonda Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayıblar
ANA SƏHİFƏ / İQTİSADİYYAT
13:27 22.11.2019

ABŞ-ın paytaxtı Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin ("Caspian Policy Center”) təşkilatçılığı ilə "Əsrin müqaviləsi”nin 25-ci ildönümünə həsr olunmuş forum keçirilib.

AZƏRTAC xəbər verir ki, Vaşinqtonun tanınmış məkanlarından biri – ABŞ Ticarət Palatasının binasında keçirilmiş yubiley tədbiri ABŞ, Azərbaycan və digər Xəzər regionu ölkələrinin dövlət rəsmilərini və biznes dairələrini bir araya toplayıb. Tədbirdə Azərbaycandan Energetika naziri Pərviz Şahbazov, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və başqaları iştirak ediblər.

Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış "Əsrin müqaviləsi”nin Xəzər neftini dünyaya təqdim etdiyini, sazişin Azərbaycanın və Xəzər regionunun ölkələrinin iqtisadi inkişafına təkan verdiyini bildirib.

Mərkəzin idarə heyətinin üzvü və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta "Əsrin müqaviləsi”nin iqtisadi rolundan və Xəzər regionunun dayanıqlı inkişafına təsirindən danışıb. Sazişin əhəmiyyətini vurğulayan R.Sekuta müqavilənin Azərbaycan vətəndaşlarının iqtisadi rifahının yaxşılaşdırılmasına müsbət təsirini də qeyd edib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxışı zamanı iki ölkə arasında enerji sahəsində strateji əməkdaşlığı vurğulayaraq Birləşmiş Ştatların müxtəlif administrasiyaları tərəfindən davamlı və güclü dəstəyin Azərbaycanın enerji layihələrinin reallaşmasında mühüm rol oynadığını deyib. Səfir hazırda öz enerji siyasətini uğurla və müstəqil olaraq həyata keçirən Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Xəzər regionunu Avropaya daha da yaxın edəcəyini və enerji təhlükəsizliyi baxımından həssas bölgələrdə iqtisadi artıma, yeni tərəfdaşlıqlara vəsilə olduğunu bildirib. O, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən strateji yanaşmanın regionumuzun və qonşularımızın inkişafındakı vacib rol oynadığını, ölkəmizin inkişafının regional inkişafa bağlı olduğunu xatırladıb. Əlavə edib ki, Azərbaycan regional layihələrin təşəbbüskarı və lideridir, bu layihələr regionumuzun xəritəsini genişləndirir. Belə ki, ötən illərdə ölkəmiz Xəzər regionunu Qara dənizlə bağladığı kimi, hazırda Xəzər bölgəsini Adriatik və Aralıq dənizi bölgələri ilə birləşdirir. Azərbaycanın indiyədək imzalanan enerji müqavilələrinin icrasında sadiq və etibarlı tərəfdaş kimi qəbul edildiyini deyən səfir bunun bariz nümunəsinin "Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilədək uzadılması olduğunu vurğulayıb.

Azərbaycanın Energetika naziri P.Şahbazov çıxışında ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ölkəmizin və bütövlükdə regionun iqtisadi inkişafında oynadığı mühüm roldan danışıb, ABŞ-ın və digər tərəfdaşların Azərbaycanın transregional enerji layihələrinin həyata keçirilməsinə göstərdiyi dəstəyin vacibliyini vurğulayıb. İndiyədək "Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsinə 36 milyard ABŞ dolları sərmayə yatırıldığını bildirən nazir qarşıdakı 30 ildə bu layihəyə daha 40 milyard dollar investisiya qoyulacağını qeyd edib. Əlavə edib ki, bu tarixi müqavilə sayəsində Azərbaycan müstəqillik yolunda ilk kövrək addımlarını atan ölkədən davamlı inkişaf edən güclü ölkəyə çevrilib.

Forumda çıxış edən ABŞ-ın Enerji nazirinin müavini Mark Menezes ABŞ və Azərbaycanın enerji sektorundakı əlaqələrinin dünya bazarındakı əhəmiyyətindən bəhs edib: "Enerji təhlükəsizliyi iqtisadi rifahı və milli təhlükəsizliyi təmin edir və bu prioritet məsələdir. Müstəqillik əldə etdikdən sonra Azərbaycan ABŞ-ın regionda vacib tərəfdaşına çevrilib, bu əlaqələrin daha da genişləndirilməsini arzu edirik. Azərbaycan etibarlı tərəfdaşdır, bizim və bütün dünya üçün vacib ölkədir”.

ABŞ Dövlət katibinin Enerji resursları üzrə köməkçisi Frensis Fannon qeyd edib ki, enerji siyasi sabitliyin təməlidir və ona görə də Birləşmiş Ştatların siyasətinin vacib bir hissəsidir. Diplomat "Əsrin müqaviləsi”nin Azərbaycanın və tərəfdaş ölkələrin iqtisadiyyatını transformasiya etdiyini bildirərək ABŞ-ın bundan sonra da Azərbaycanın enerji layihələrinə dəstək verəcəyini bildirib. Forum çərçivəsində Xəzər Siyasət Mərkəzi F.Fannona enerji sektorunda və Xəzər bölgəsindəki töhfələrinə görə mükafat təqdim edib.

"Əsrin müqaviləsi”nin Avropanın və dünyanın enerji təhlükəsizliyinə töhfələri ilə bağlı xüsusi paneldə çıxış edən SOCAR-ın vitse-prezidenti E.Nəsirov müqavilənin 25 illik uğuru və bütövlükdə qlobal enerji sənayesi üçün əhəmiyyəti barədə fikirlərini bölüşüb. Əlavə edib ki, Azərbaycan və ABŞ arasında enerji sahəsində uzun tarixə malik etibarlı tərəfdaşlıq mövcuddur və Azərbaycan heç zaman enerji layihələrindən digər ölkələrə təsir vasitəsi kimi istifadə etməyib, əksinə ölkələr və regionlar arasında tərəfdaşlıqlar yaradıb. O, "Əsrin müqaviləsi”nin enerji sektoru üçün vacibliyi ilə yanaşı, Azərbaycanın xarici investorlar və tərəfdaşlarla etibarlı iş birliyinin qurulmasına yardım etdiyini bildirib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM