Alternative content

01:20 07 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
ANA SƏHİFƏ / SİYASƏT
13:24 22.11.2019

ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən təntənəli tədbirdə amerikalı diplomatlara Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr edilmiş medallar təqdim olunub.

AZƏRTAC xəbər verir ki, "Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümünə həsr olunmuş qala tədbirində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Xarici İşlər naziri Elmar Məmmədyarovun adından ABŞ-ın ölkəmizdəki sabiq səfiri Robert Sekutaya və Dövlət Katibinin keçmiş köməkçisinin müavini, Bolqarıstanda səfir olmuş Erik Rubinə medalları təqdim edib.

Tədbirdə çıxış edən Elin Süleymanov Azərbaycan ilə ABŞ-ın strateji tərəfdaşlığına, ikitərəfli münasibətlərimizə və xalqlarımız arasındakı dostluğa töhfələrinə, eləcə də ölkəmizin təşəbbüsü ilə regionda keçirilən irimiqyaslı layihələrə dəstəklərinə görə amerikalı diplomatlara təşəkkürünü bildirib.

Öz növbəsində Robert Sekuta bu təltifə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirərək, ölkəmizdəki fəaliyyət dövrünü böyük məmnunluq hissi ilə xatırlayıb. Azərbaycan mədəniyyətinə və xalqına heyran olduğunu, eləcə də ölkəmizlə ABŞ arasında tərəfdaşlığın gücləndirilməsi üçün hər zaman əlindən gələni əsirgəmədiyini bildirib.

Sonra çıxış edən Erik Rubin Azərbaycan tərəfinə minnətdarlığını bildirərək, bu medalın onun üçün böyük şərəf olduğunu qeyd edib. Sabiq səfir Azərbaycan ilə ABŞ arasında dostluq münasibətlərinin gücləndirilməsinə hər zaman önəm verdiyini və ölkəmizin regionda strateji əhəmiyyətini vurğulayıb. O, Bolqarıstanda səfir olarkən Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən enerji layihələri üzərində işləməyə davam edib, o cümlədən Bolqarıstan-Yunanıstan qaz kəmərinin ərsəyə gəlməsi üçün səylər göstərib.

Vaşinqtonun tarixi Hovard teatrında keçirilən möhtəşəm qala gecəsi Xəzər Siyasət Mərkəzi tərəfindən "Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü münasibətilə təşkil olunan konfrans çərçivəsində baş tutub. Tədbirdə Energetika naziri Pərviz Şahbazov, SOCAR-ın birinci vitse-prezidenti Elşad Nəsirovun rəhbərlik etdiyi nümayəndə heyəti, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, ABŞ-ın dövlət qurumlarının və bu ölkədəki diplomatik korpusun nümayəndələri, həmçinin bu yaxınlarda Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubiley medalı ilə təltif olunmuş Azərbaycanın Nyu-Meksika ştatının Santa Fe şəhərindəki fəxri konsulu Art Makkafi iştirak ediblər.

Qala gecəsində azərbaycanlı pianoçular Nərgiz Əliyarova və Emil Əfrasiyabın ifasında Azərbaycan musiqisi səsləndirilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM