Alternative content

01:24 07 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezidentə inam və etimad daha da artıb
Prezidentə inam və etimad daha da artıb
ANA SƏHİFƏ / SİYASƏT
02:57 22.11.2019


Son sosial sorğu da bunu təsdiqləyir


Bu ilin oktyabr ayı Azərbaycanın olduqca mühüm və tarixi beynəlxalq uğurları ilə yadda qaldı. Belə ki, həmin ay Soçidə "Valday” Diskussiya Klubunun plenar iclasında və Aşqabadda MDB Dövlət Başçıları Şurasının Sammitində Prezident İlham Əliyev tərəfindən Ermənistana güclü siyasi-diplomatik zərbə vuruldu. Eyni zamanda, ötən ay Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşləri respublikamızın beynəlxalq imicinin daha da yüksəlməsi baxımından mühüm siyasi hadisələr kimi tarixə düşdü.


"Qarabağ Azərbaycandır və nida işarəsi” vətənpərvərlik hissini gücləndirib


Bütün bunlar ölkə əhalisi tərəfindən də yüksək qiymətləndirilir. Sosial Tədqiqatlar Mərkəzinin ictimai rəyin öyrənilməsi məqsədilə keçirdiyi sorğu bunu təsdiqləyir. "Prezidentin fəaliyyəti ictimai rəydə” adlı hesabat göstərir ki, İlham Əliyevin oktyabr ayındakı fəaliyyəti onun ictimai rəydəki pozitiv imicini daha da gücləndirib. Ümumilikdə rəyi soruşulanların 77,5 faizi ölkə Prezidentinə etimadının daha da artdığını bildirib.

Sorğunun nəticələrinə əsasən, Prezidentin oktyabrın 3-də "Valday” Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı "Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi əhalidə vətənpərvərlik hissini gücləndirib, dövlətə olan inam və etibarı artırıb. Bu, rəyi soruşulanların 85,8 faizinin fikridir. 76,9 faiz isə hesab edir ki, Prezidentin "Valday” Diskussiya Klubunun plenar iclasındakı çıxışı Ermənistanın beynəlxalq müstəvidə mövqeyinin zəiflədilməsi baxımından təsirli olub. Ümumiyyətlə, respondentlərin 84, 9 faizi Prezidentin "Valday” Diskussiya Klubunun plenar iclasındakı çıxışının əhəmiyyətini yüksək qiymətləndirib.


Prezidentin Aşqabaddakı nitqi Ermənistanın ifşası istiqamətində tutarlı addım oldu


İlham Əliyevin oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının Sammitindəki çıxışı rəyi soruşulanların 85 faizi tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycan Prezidentinin Ermənistanı tutarlı arqumentlərlə faşizmi qəhrəmanlaşdırmaqda ittiham etməsi və qarşı tərəfin mahiyyətsiz cavabı göstərdi ki, Prezident İlham Əliyev hücum diplomatiyasını uğurla davam etdirir. Rəyi soruşulan hər beş respondentdən dördünün fikrincə, Prezident İlham Əliyevin Aşqabad Sammitindəki çıxışı faşizm ideyalarını dəstəkləyən Ermənistanın ifşası istiqamətində tutarlı addım olmuşdur. 80,1 faiz bu çıxışın münaqişənin tənzimlənməsi istiqamətində də təsirli olacağı qənaətindədir.

Bütövlükdə Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, münaqişə vəziyyəti ilə bağlı həqiqətlərin - Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından İlham Əliyevin "Valday” Diskussiya Klubunun plenar iclasındakı və Aşqabaddakı çıxışları mühüm siyasi əhəmiyyət kəsb edir.

Respondentlərin 80,9 faizinin rəyinə görə, Prezident İlham Əliyevin oktyabrın 15-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündəki və oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki çıxışları da Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, münaqişə vəziyyəti ilə bağlı həqiqətlərin - Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından çox əhəmiyyətlidir.


Respondentlərin 87,6 faizi islahatları dəstəkləyir


Rəy sorğusu ölkədə həyata keçirilən iqtisadi və kadr islahatlarının da insanlar tərəfindən dəstəkləndiyinin növbəti təsdiqidir. Bu mənada vətəndaşlar Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində qazanılan nailiyyətləri yüksək qiymətləndirirlər. Belə ki, sorğunun nəticələri dövlət başçısı tərəfindən həyata keçirilən islahatlara əhalinin inamının ən yüksək səviyyədə olduğunu göstərib. Respondentlərin 87,6 faizi Prezidentin həyata keçirdiyi islahatları dəstəkləyir, onu əhəmiyyətli hesab edir. Bu da ondan xəbər verir ki, davamlı kadr islahatları vətəndaşlar tərəfindən ümummilli rifahın təmin olunmasının alternativsiz yolu kimi qiymətləndirilir.

Sorğuda vətəndaşların digər sahələrlə də bağlı rəyi öyrənilib. Nəticələrə əsasən Prezidentin fəaliyyətinin ən yüksək qiymətləndirildiyi sahələrdən biri də ordu quruculuğudur. Belə ki, rəyi soruşulanların 92,7 faizi Prezidentin ordunun və bütövlükdə Silahlı Qüvvələrin formalaşdırılması sahəsində uğurlu fəaliyyətini qeyd edib. 92,4 faiz respondent isə dövlət başçısının xarici siyasət fəaliyyətini uğurlu sayıb.

Bütövlükdə sorğunun nəticələrinə istinadən respondentlər ölkə Prezidentinin fəaliyyətində onların maraqlarından, tələbatlarından və gözləntilərindən çıxış etdiyi qənaətindədirlər. Beynəlxalq müstəvidəki uğurlar və islahatların dərinləşməsi İlham Əliyevin adı və şəxsi təşəbbüsləri, nümunələri ilə bağlı olduğu üçün onun reytinqi ictimai rəydə yüksələn xətt üzrə dinamika nümayiş etdirir və bu tendensiya islahatların davam etməsi fonunda daha da güclənir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM