Alternative content

15:16 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
ANA SƏHİFƏ / Mədəniyyət
02:46 22.11.2019


Noyabrın 21-də Bakıda özbəkistanlı yazıçı Şöhrət Barlasın müəllifi olduğu "Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, "Kaspi” qəzetinin və Mətbuat Şurasının dəstəyi ilə nəşr olunan kitabda erməni terrorundan bəhs edilir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev qeyd edib ki, kitabda erməni daşnaklarının Orta Asiyadan Qafqaza qədər törətdikləri amansız terror aktlarından bəhs olunur. Həmçinin müəllif SSRİ dövründə Azərbaycan və özbək xalqlarına qarşı ermənilərin törətdikləri faciələrdən söhbət açır.

Umud Mirzəyev Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin kitabın nəşrinə və eyniadlı filmin çəkilməsinə verdiyi dəstəyi xüsusi vurğulayıb. O, kitabın bütün türk dünyası üçün çox önəmli olduğunu deyib.

"Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, kitabda ermənilərin türk dünyasına qarşı apardığı düşmənçilik siyasəti yer alıb. O, erməni terrorçularının təkcə azərbaycanlılara deyil, bütün türk xalqlarına qarşı apardığı soyqırımı siyasətinin acı nəticələrinin gənclərə çatdırılması üçün yeni nəşrin ali təhsil ocaqlarında yayılması təklifi ilə çıxış edib. "Kaspi” qəzetinin təsisçisi vurğulayıb ki, ermənilərin türk xalqlarına olan kin və nifrəti faciələrə gətirib çıxarıb.

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qeyd edib ki, kitabda daşnakların Fərqanədə və Qarabağda törətdikləri vəhşiliklərdən, günahsız insanlara divan tutan ermənilərin xain əməllərindən bəhs edilib. Bu kitab artıq yeddinci nəşrdir və rus dilində çap olunub.

Kitabın müəllifi Şöhrət Barlas uzun müddətdir ki, erməni terroru ilə bağlı araşdırmalar apardığını bildirib. Ancaq tarixi faktların kitab halında nəşrini həyata keçirmək imkanları yox idi. Müəllif bu işdə ona göstərilən köməyə görə səfir Hüseyn Quliyevə, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə, "Kaspi” qəzetinə və Mətbuat Şurasına minnətdarlığını bildirib.

Daha sonra "Daşnaklar Fərqanədən Qarabağa qədər” sənədli filmi nümayiş olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM