Alternative content

05:23 12 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:58 12.12.2019 Xilaskar Lider
00:56 12.12.2019 Tarix yaradan şəxsiyyət
00:41 12.12.2019 Qəlblərdə yaşayan dahi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
ANA SƏHİFƏ / Təhsil
19:11 21.11.2019

Noyabrın 21-də Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov Rusiya Federasiyasının paytaxtı Moskvada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Elm, Texnologiya və Təhsil nazirliklərinin rəhbərlərinin V iclasında iştirak edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iclasda ŞƏT-ə üzv, müşahidəçi və tərəfdaş olan 15 ölkədən 50 nümayəndə iştirak edib. Tədbiri Rusiya Federasiyasının Elm və Ali Təhsil naziri Mixail Kotyukov açıb.

Firudin Qurbanov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda elmi tədqiqatların faizinin artmasında ali təhsil müəssisələrinin rolu nəzərəçarpacaq qədər yüksəkdir. Nazir müavini qeyd edib ki, azərbaycanlı alimlərin xarici həmkarları ilə birgə nəşr etdirdiyi elmi işlərin sayının artması ölkəmizin beynəlxalq tədqiqat layihələrində fəal iştirakının göstəricisidir. 2017-ci ildə dünyanın aparıcı elmi jurnallarında Azərbaycan alimlərinin ən çox sayda tədqiqat nəticələri nəşr edilib (1160 nəşr).

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” barədə məlumat verən F.Qurbanov bildirib ki, Azərbaycanda intellektual potensialın gücləndirilməsinə xidmət edən bu proqram ölkəmizin vətəndaşları üçün Şanxay reytinq cədvəlinə daxil olan 500 universitetdə doktorantura səviyyəsində təhsil almaq imkanı yaradır.

Müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının vacibliyini vurğulayan nazir müavini təhsildə texnoloji innovasiyaların tətbiqindən danışaraq "Rəqəmsal bacarıqlar” və STEAM layihələri barədə məlumat verib. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasının təmin olunması istiqamətində Təhsil Nazirliyi tərəfindən müvafiq addımların atıldığını qeyd edən nazir müavini əldə olunmuş nailiyyətlər, o cümlədən İnformasiya Resursları Mərkəzi, Təhsil şəbəkəsi, bu sahədə kadr potensialının inkişafı və elektron resurslar barədə də məlumat verib.

Tədbir çərçivəsində Firudin Qurbanov Rusiya Federasiyasının Elm və Ali Təhsil nazirinin birinci müavini Qriqori Trubnikov ilə görüşüb. Görüşdə iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tədbirin sonunda növbəti iclasın Pakistanda keçirilməsinə qərar verilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM