Alternative content

17:44 14 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nyu Yorkda müsəlman polislər mükafatlandırıldı
Nyu Yorkda müsəlman polislər mükafatlandırıldı
ANA SƏHİFƏ / DÜNYA
17:09 21.11.2019

ABŞ-ın Nyu York şəhərində müsəlman olan və xidmətdə fərqlənən polis əməkdaşlarının ənənəvi mükafatlandırılması mərasimi keçirilmişdir. Bu barədə "Anadolu” agentliyi xəbər verir.

Mərasim Nyu York Müsəlman Polisləri Cəmiyyətinin təşəbbüsü ilə ardıcıl olaraq 11-ci dəfə təşkil edilmişdir.

Şəhərin Kuins rayonunda Nyu York Polis Departamentinin (NYPD) əməkdaşları, siyasətçilər, müsəlman ölkələrinin diplomatları, qeyri-hökumət təşkilatlarının və dini icmaların nümayəndələri toplaşmışdılar.

Mərasimin əvvəlində Qurani-kərimdən surələr oxunmuşdur. Polislərə mükafatlar dörd dərəcə üzrə təqdim edilmişdir: "Bütün həyatın nailiyyəti”, "İlin polisi”, "İlin vətəndaşı” və "İlin qəhrəmanı”.

Nyu York Müsəlman Polisləri Cəmiyyətinin başçısı Adil Rananın dediyinə görə, "ABŞ-da müsəlmanlar digər vətəndaşlardan fərqlənmirlər. Onlar da başqa vətəndaşlar kimi bu ölkəyə xidmət edirlər. Bu tədbir onların töhfə verdiyinə dəlalət edir”.

Hazırda 2 minədək polis əməkdaşı cəmiyyətin üzvüdür. Mərasimdə 700 nəfərədək adam iştirak etmişdir. Təşkilat rəhbərinin müavini Əli Həmmudoğlunun dediyinə görə, tədbirin məqsədi Amerika cəmiyyətinin müxtəlif təbəqələrini bir-birinə yaxınlaşdırmaqdır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM